25 Sentyabr 2025 20:48
112
DÜNYA

Ərdoğanla görüş təsirini göstərdi - Sanksiyaları ləğv edir

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyaları “dərhal” ləğv etməyə hazır olduğunu bildirib.

Adalet.az xəbər verir ki, Amerika lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ağ Evdə gözlənilən görüşü uğurlu olarsa, sanksiyaları ləğv etməyə hazır olacağını deyib.

“Bu, çox tezliklə baş verə bilər: yaxşı görüşümüz olsa, bu, demək olar ki, dərhal baş verəcək”, - deyə Tramp qeyd edib.