Ərdoğanın andiçmə mərasimindən maraqlı FOTOLAR
İyunun 3-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, Ərdoğan andiçmə mərasimindən sonra Anıtqəbiri ziyarət edib.
Ardınca Türkiyə Prezidentinin səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamlayıblar.
Axşam saatlarında Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib.
Prezident İlham Əliyev mərasim zamanı Ermənistan Baş naziri Nikol Paşinyan, ATA İttifaqının namizədi Sinan Oğan, NATO baş katibi Yens Stoltenberq ilə danışıqlar aparıb.
Mərasimlərdə 81 ölkədən 50-si dövlət və hökumət başçısı olmaqla 100-ə yaxın yüksək səviyyəli xarici qonaq iştirak edib.
Digər Xəbərlər
21 Sentyabr 2026 16:09
Fövqəladə Hallar Nazirliyində “Sülh Aylığı” çərçivəsində tədbir keçirilib
21 Sentyabr 2026 16:08
1840,3 ha ərazi minalardan təmizlənib
21 Sentyabr 2026 13:41
Bakı-Ağstafa-Bakıya əlavə qatar reysləri təyin edildi
21 Sentyabr 2026 12:36
Pensiyaçılara ŞAD XƏBƏR
21 Sentyabr 2026 12:08
"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Komitə sədri tıxacdan danışdı
21 Sentyabr 2026 10:52
“Şəhərdəki tıxaclara görə vətəndaşlardan üzr istəməlidirlər”
21 Sentyabr 2026 10:09
Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib - VİDEO
21 Sentyabr 2026 10:04


Bakı -°C

