Ərdoğan: Türkiyənin Suriyada yeni əməliyyat başlamasına heç kim mane ola bilməz
Türkiyəyə Suriyanın şimalında yeni antiterror əməliyyatı başlamasına heç kim mane ola bilməz.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə Suriyanın şimalında hər hansı bir terror təşkilatının güclənməsinə imkan verməyəcək.
Prezident bildirib ki, ABŞ rəsmilərinin Suriyanın şimalındakı əməliyyatın etnik kürdlərə yönələcəyi barədə bəyanatları əsassızdır:
"Suriyalı qaçqınları qəbul edərkən Türkiyə heç vaxt etnik mənsubiyyətə görə fərq qoymayıb. Türkiyə həm kürd, həm müsəlman, həm də xristian ərəbləri qəbul edib”.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə ilk növbədə öz milli maraqlarına uyğun addım atır.
Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57