Ərdoğan sovet ordusu tərəfindən azərbaycanlıların güllələnməsindən danışdı
"44 günlük Vətən Müharibəsi zamanı bəzi dairələr Ankaranın düşmənlərinin ritorikasından istifadə edərək Türkiyəni Azərbaycanı dəstəkləməkdə günahlandırdılar".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Ankaradakı konqres mərkəzində "Türk Dünyası üçün Vizyon Konsepsiyası"nın təqdimatında bildirib.
Onun sözlərinə görə, o dövrdə Türkiyədən Azərbaycana silah təchizatı, eləcə də cihadçıların köçürülməsi ilə bağlı xəbərlər yayılırdı: "Yəni, Qarabağın azadlığı uğrunda mübarizə zamanı bu qüvvələr Boraltan körpüsündə baş verən faciə zamanı baş verən eyni səhvi etdilər".
Ərdoğan Türkiyədə sığınacaq axtaran bir qrup azərbaycanlının Sovet hakimiyyəti tərəfindən güllələnməsini xatırladıb: "Həmin dövrün hakimiyyəti Boraltan körpüsünü keçdikdən sonra azərbaycanlıları gözləyən aqibətdən yaxşı xəbərdar idi. Buna baxmayaraq, onların ekstradisiyası qərarı verildi ki, bu da Türkiyə hakimiyyətinə kölgə saldı. Son iki əsr təkcə türk xalqı üçün deyil, bütün türk dünyası üçün problemlər və çətinliklərlə dolu olub. Xalqları bölmək üçün addımlar atılıb. 1940-cı illərdə türk dünyasının, türklərin Türkiyədən kənarda mövcudluğunun xatırlanması belə tabu idi", - deyə Ərdoğan bütün türk dünyasının birləşdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Boraltan facisəi 1944-cü ildə baş verib. 100-dən çox azərbaycanlı ziyalı kommunist rejimi tərəfindən güllələnib.
Digər Xəbərlər
15 Dekabr 2025 20:00
Ukrayna bu dəfə Həştərxanı VURDU
15 Dekabr 2025 19:51
Ağ Ev Berlində Zelenski ilə danışıqları məhsuldar adlandırıb - YENİLƏNİB
15 Dekabr 2025 19:41
Umerov: Ukraynanı sülhə yaxınlaşdıracaq razılığa gələcəyimizə ümid edirəm
15 Dekabr 2025 17:32


Bakı -°C

