Ərdoğan İrana gəldi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfərə gəlib.
Milli.AzTrend-ə istinadən xəbər verir ki, səfər çərçivəsində R.T.Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşəcək.
Görüş zamanı prezidentlər Suriya böhranını, İraqdakı vəziyyəti, eləcə də İraqın kürd muxtariyyətinin "müstəqillik haqqında referendumu"nun nəticələrini müzakirə edəcəklər.
Bundan başqa, Türkiyə prezidentinin İranın Ali lideri Əli Xamneyi ilə görüşü gözlənilir.
Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar İrana səfər etmişdi. O da iranlı həmkarı Məhəmməd Bağeri ilə görüşdə kürd muxtariyyətindəki "referendum"u müzakirə etmişdi.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19