Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı
"Türkiyə istehsalı olan TOGG elektromobilinin ikinci seriya nüsxəsi Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təhvil veriləcək".
Adalet.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində deyib.
TOGG-nin ilk seriya nüsxəsinin Türkiyə prezidentinə təhvil veriləcəyi bildirilir.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 29-da ölkənin qərbində Bursa vilayətində (Gemlik rayonu) zavodda ilk türk elektromobilinin konveyerdən buraxılması mərasimində iştirak edib.TOGG elektrik avtomobili 2019-cu ildə təqdim edilib. Ən populyar yolsuzluq avtomobili seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında baş tutub, o, 100 km/saata 4,8 saniyəyə sürətlənib. İstehsalçıların fikrincə, elektromobilin 80% enerji ilə doldurulması 30 dəqiqə çəkəcək, məsafə 500 km olacaq.
Digər Xəbərlər
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34


Bakı -°C

