Ərdoğan dollardan imtina təklifi verdi: “Buna tədricən son qoymalıyıq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dollardan imtinanı təklif edib.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qırğızıstanda rəsmi səfərdə olan Ərdoğan ölkələr arasında milli valyutalardan istifadəni məsləhət görüb:
"Biz aramızda yerli və milli pullardan istifadə edərək, artıq dolların hökmranlığına tədricən son qoymalıyıq” – Ərdoğan bildirib.
O, paytaxt Bişkekdə Türkiyə-Qırğızıstan işgüzar forumunda çıxışı zamanı bu barədə bəyan edib.
Türkiyə prezidenti çıxışı zaman iki ölkə arasındakı ticarət əlaqələrinə də diqqət çəkərək, bu əlaqələrin istənilən səviyyədə olmadığını bildirib.
Qeyd edək ki, Türkiyə milli valyutası son sanksiyalardan sonra dollara nisbətdə dəyərini itirib. Hazırda bir dollar 6,5 lirəyə dəyişdirilir.(modern.az)
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59