Ərdoğan: "Azərbaycan Ordusu terrorçulara qarşı barışmaz..."
"Antiterror əməliyyatında qazanılan tarixi uğura görə əziz Azərbaycanımızı bir daha təbrik edirəm".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycanla əməkdaşlığını yeni layihələrlə bir addım daha irəli aparmaq Tükiyə üçün xoşbəxtlikdir: "Qardaşım cənab İlham Əliyevlə görüşümüz zamanı bir çox ikitərəfli və regional məsələləri müzakirə etmək imkanımız oldu. Biz Qarabağdakı son vəziyyəti xüsusilə vurğuladıq və Azərbaycanın haqq işinə güclü dəstəyimizi bir daha bəyan etdik. Antiterror əməliyyatında qazanılan tarixi uğura görə əziz Azərbaycanımızı bir daha təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfalar diləyirəm. Azərbaycan Ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir".
"30 il əvvəl Qarabağın işğalı zamanı baş verənlərlə işğal altındakı torpaqlar azad edildikdən sonra baş verənlər arasında böyük fərq artıq yaddaşlara həkk olunub. Mən də azərbaycanlı qardaşlarımızı əməliyyatdan sonra mülki şəxslərə qarşı göstərdikləri humanist və vicdanlı münasibətə görə təbrik edirəm. Türkiyə olaraq bütün proseslərdə Azərbaycanın yanında olduq. Mən keçən həftə BMT Baş Assambleyasına müraciətimdə dəstəyimizi qətiyyətlə vurğuladım. Əməliyyat nəticəsində Azərbaycanın bütün Qarabağ üzərində suverenliyi möhkəmləndirildi. Daha da önəmlisi, 44 günlük Vətən müdafiəsindən sonra bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkan pəncərəsi açıldı. Bu fürsəti dəyərləndirmək fikrimiz hər kəsə məlumdur",- R.T,Ərdoğan vurğulayıb.
Digər Xəbərlər
08 Noyabr 2025 09:14
ABŞ G20 sammitində iştirak etməyəcək
07 Noyabr 2025 16:45
Rusiyalı iş adamı arvadı ilə birgə öldürüldü
07 Noyabr 2025 11:06
İranda ardıcıl iki zəlzələ oldu
07 Noyabr 2025 08:37
Daha bir ölkə “İbrahim sazişləri”nə qoşulur
07 Noyabr 2025 08:33
Azərbaycan Ordusunun NATO standartlarına keçməsinə Rusiyadan reaksiya
07 Noyabr 2025 08:28
ABŞ Suriyaya qoşunlarını yerləşdirir? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 08:26
BMT ona qoyulan sanksiyaları ləğv etdi - Bir ölkə bitərəf qaldı
06 Noyabr 2025 22:07


Bakı -°C

