adalet.az header logo
  • Bakı -°C
05 Fevral 2026 17:43
91
DÜNYA
A- A+

Epşteyn Rusiya agenti olub?

Ceffri Epşteynin gizli Rusiya agenti olması ilə bağlı xəbərlər yayılıb. Son sənədlərin açıqlanmasından sonra Polşa Epşteynin Rusiya kəşfiyyatı ilə mümkün əlaqələrini araşdırmağa hazırlaşır.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Polşa Baş naziri Donald Tusk  amerikalı milyarder Epşteynin Rusiya kəşfiyyat əməliyyatının bir hissəsi ola biləcəyi irəli sürüb. Epşteynin sənədlərinin açıqlanmasından sonra Varşavanın məsələni rəsmi olaraq araşdıracağı elan edilib. 

Tusk bildirib ki, "Qlobal mətbuatda artan məlumat və şərhlər bu misli görünməmiş pedofiliya qalmaqalının Rusiya kəşfiyyat xidmətləri tərəfindən birgə təşkil oluna biləcəyinə dair şübhələri artırır".

 İddialar Moskva tərəfindən kəskin şəkildə rədd edilib. Kremlin sözçüsü Dmitri Peskov Epşteynin gizli Rusiya agenti olması iddialarını istehza qoyaraq  "Mən bu barədə çox zarafat edə bilərəm, amma gəlin vaxt itirməyək", - deyib. 

Peskov daha əvvəl Rusiya dövlət mediasına açıqlamasında Kremlin Epşteyndən heç bir görüş istəyi almadığını bildirmişdi. 

Rusiya Xarici İşlər Nazirliyi Tuskun son açıqlamalarına birbaşa cavab verməyib.