adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 Fevral 2020 15:07
12165
GÜNDƏM

Ən böyük qələbəmizi Qarabağda birlikdə qeyd edəcəyik!

Fevralın9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün ayrılan 22-günlük təbliğat-təşviqatkompaniyası bu gün başa çatır. Hər bir mərhələnin başlanğıcı kimi, sonu da var.

24 saylıNizami birinci seçki dairəsi üzrə namizəd Könül Nurullayeva sonuncu təşviqatgününün planına uyğun olaraq, Keşlə qəsəbəsində M. Ağayev 43, M.Agayev 22, D.Aslan 14 və P. Fərzəliyev 142a ünvanlarında yaşayan sakinlərlə və daha sonraNaxçıvanski 73, 79 və 81 saylı binanın seçiciləri ilə məhəllədə silsilə görüşlərkeçirdi. Ağsaqqal və ağbirçəklərimizin məsləhət və xeyir-duaları, gənc bacı vəqardaşlarımızın qonaqpərvərliyi və istiqanlığı, üzlərindəki şəfəq və ümid hissionun doğru yolda olduğunu göstərirdi.



Dairəninərazisi üzrə Rüstəmov 35, 37, 39 ünvanlarının həyətindəkeçirilən izdihamlı görüşdə xüsusi qonaq - Qarabağ qazisi, 2-qat paralimpiyaçempionu, xalqımızın sevimlisi İlham Zəkiyev də iştirak edirdi. O, Könülxanımın idman ictimaiyyəti üçün gördüyü işlərdən, beynəlxalq arenada dövlətimizintəbliğatı istiqamətində apardığıfəaliyyətindən danışdı və seçiciləri ona dəstək olmağa çağırdı. "Könülxanım, bu günə qədər çox qələbələr qazanıb, 2 gün sonra da növbəti qələbəsiniqazanacağına şübhə etmirəm. Könül xanımın millət vəkili seçilməyi bu həm dəsizin qələbəniz sayılacaq. Arzu edirəm ki, tezliklə bizim hamımızın ümümi dərdiolan Qarabağ məsələsində tarixi qələbəmizi qeyd edək!



Daha sonraKönül Nurullayeva çıxışında qeyd etdi: "Son həftələr ərzində minlərləinsanla görüşlər, sizlərin sonsuz dəstəyi,səmimiyyəti, duaları, insanlardan aldığım enerji sayəsində, seçdiyim yolundoğruluğuna əminliyim gündən günə artırdı. Bu görüşlərimiz üçün müvəqqətidarıxacağam, çünki bu 22 gündə sizlərə çox bağlandım. Artıq özümü bu ərazidəyaşayanların ailə üzvü kimi hiss edirəm. Ümid edirəm ki, millət vəkiliniz olaraq bundan sonra görüşlərimizhələ çox olacaq. Sizlərlə birgə əl-ələ verib təkcə Nizami rayonunun deyil, günügündən inkişaf edən Azərbaycanın daha böyük uğurları üçün işlər görmək mənim arzumdur!Hamınıza ayrı-ayrılıqda dəstəyiniz üçün təşəkkürümü bildirirəm.



Sonda Könül xanım fürsətdən istifadə edərək bütünlayiqli, vicdanlı, zəhmətkeş və ən əsası xalqının həqiqi vəkili ola biləcəknamizədlərə uğurlar arzu etdi. Xalqımıza açıq və ədalətli seçkilər, yeniyaranacaq parlamentə isə uğurlar arzu etdi!

Parlament seçkilərinənamizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bulinklərə daxil olaraq tanış ola bilərsiniz.

https://m.facebook.com/nurullayevakonul/

https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt