adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Noyabr 2017 18:20
47850
MÜSAHİBƏ

Emre Dağdelen: “İnam varsa, bütün qapılar açılacaq...” - MÜSAHİBƏ

Bir payız günü. 1983-ci il. 25 noyabrda Dağdelenler ailəsində balaca körpə dünyayagöz açdı. Adını Emre qoydular...

Mən onunla illər öncə tanış oldum. Cihangir küçəsindəyerləşən "Firuzağa” camii ailəcə tanışlığımıza şahidlik etdi. Buna Allahın qismətidə demək olar. Həyatda qarşılaşdığımız acılı, şirinli günlərə baxmayaraq, möhkəmolacağımıza söz verdik. İnandıq, işlədik, həyatı və Allahı düşünüb həyatımızıdavam etdik. Və beləcə illər keçdi. Fərqli insandır. İncə qəlbi var, səbri biryerə qədərdir, həyata keçirdiyi layihələrdə birinci olmağı sevər, verdiyi sözəsahib çıxar. Bu xarakteri ilə damarlarındabir türk qanın axdığı hiss olunur. Bunu hiss etmək üçün sadəcə həsasolmaq lazımdır. Əldə etdiyi uğurlara görə hər zaman Allaha təşəkkür etdiyininşahidi olmuşam. Doğulduğu torpağa, Türk insanına, millətinə bağlı bir insandır.Fenerbahçelidir. Buna baxmayaraq türk dövlətlərinin bütün komandalarını önsırada görmək istəyir. Dünyanın bir çox ölkələrində səfərdə olub. Nədənsə, Azərbaycanlılarıgözlərinin içindən tanıdığını dedi. İlk dəfə Bakıya 2008-ci ildə səyahət edib.Kitab mədəniyyətinə yüksək dəyər verir. Hətta, söhbət zamanı yazılan kitablarata-babalarımızdan bizə qalan ən dəyərli mirasdır deyirdi. Mustafa KamalAtatürk şəxsiyyətinə aşiqdir. Doğurdan da bir anlıq düşünəndəki, dünyadaM.K.Atatürk, L.Tolstoy, Q.Q.Markes, F.M.Dostoyevski, Hüseyn Cavid, Nazim Hikmət,Can Yücəl, Orxan Vəli, Cəfər Cabbarlıyoxdur... Həqiqətən dünya çox bəsit və rəngsiz görünərdi! Bu səbəbdən Tanrı tərəfindənbizə verilən həyat dəyərlidir. Allah tərəfindən verilən can əmanətdir. Belə.Bütöv şəxsiyyət, sayğıdəyər Emre Dağdelendoğum gününüz mübarək! "Kardelen Group” şirkəti adından uğurlar arzuedirəm...Yaşayın, var olun!

Müsahibimiz HarunReşit , Fatma Gül Özpınar , Mehmet Bayazıt məktəblərində ilk və orta təhsilalıb. Çukurova Üniversitesi inşaat mühendisliği fakültəsini bitirib.Kompüter sahəsində 6 il"yönetmen” köməkçisi olub. Xalqla əlaqələrişini icra edib. Və bir çox reklam və dövlət layihələrində yer alıb. 2010-cıildən etibarən iş dünyasında şirkət sahibi olaraq işləməyə, firmalarladanışıqlar aparır.Beynəlxalq əlaqələr mövzusunda ölkədə və ölkədən kənar dərslər,sseminarlar alıb. Bu bilgilərdən dolayı işlərini İstanbulda davam etdirir.

Qarabağ mövzusunda, "Aprel döyüşləri”ilə bağlı söhbətimizoldu. Türk vətəndaşı olsa da Qarabağmövzusunda daim Azərbaycan xalqının yanındadır.

-AlbertEynsteyn müharibə haqqında deyib: Suveren dövlətlər mövcud olduqca müharibəqaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir.Sizin üçün müharibə nə deməkdir?

- Bəli,müharibə kəlməsi insan üzərində böyük bir psixolojı basqı yaradır.Keçmişdən bugünə kimi, hələ də müharibələr davam edir. İllər keçir, ölkələr arası müharibələrbitmir. Öz axarı ilə hələ də davam edir. Biz insanlarda buna şahidlik edirik. Bütünmüharibələrin siyasətə, iqtisadiyyata, texnikaya bağlı olduğunu düşünürəm.Dinindən, imanından aslı olmayaraq, hər bir insan cəmiyyəti siyasətin,iqtisadiyyatın, texnikanın qurbanına çevrilir. Ölkələr arası müharibələriniçində bunlar mütləqdir.

-"Quranı-Kərim”dəyazıldığı kimi, şəhidlik uca zirvədir. Belə bir zirvəyə hər insan layiq ola bilməz.Emre Dağdelen şəhidlik zirvəsi haqqında nə düşünür?

-Peyğəmbərlikdən sonra ən böyük zirvənin şəhitlik olduğu deyilib. Birmillətin torpaqlarının vətən olması, ölkədəyaşayan kişilərin canını qurban verməsi ilə olur...

-Uzun illərdi"Qarabağ” müharibəsi davam edir. Bu məsələdəAzərbaycan hər zaman haqlıdır. Haqlı olmasına baxmayaraq bu müharibəniqazana bilmir. Və siz qardaş dövlətin vətəndaşıolaraq "Qarabağ”müharibəsi haqqında nə deyə bilərsiniz?

-Otuz ilə yaxındır "Qarabağ” müharibəsi davam edir. Bu savaşda bir çoxqətliyamlar, insan itgiləri oldu. Azərbaycan Türkiyənin qardaş ölkəsidir. Bizbu gündə və hər zaman Azərbaycan dövlətinin yanında olmuşuq və yanındayıq... Azərbaycanadəstək vermək bizə qürur verir. Dünya ölkələrinin "Qarabağ” müharibəsinə diqqətetməmələrinin əsas səbəbi siyasətdir. "Qarabağ” Azərbaycan torpaqlarının vəxalqının ayrılmaz bir parçasıdır. Bunu etiraf etməsələr də hər kəs bu həqiqətibilir.


-"Qarabağ”. 2016-cı il. Uzun bir səssizlik! Vəyenidən Azərbaycanda müharibə oldu. Bu savaş zamanı 100-yaxın şəhid verdik. Bumüharibələr tarixin yaddaşına "Aprel döyüşləri” olaraq daxil oldu. Bu bu kitab"Aprel döyüşləri”ndə 23-yaşında şəhid olan Əbdülməcid Axundova həsr olunub. Beləbir kitabın yazılmasını gələcək nəsillər üçün necə qiymətləndirisiniz?

-Belə bir vacib mövzuya toxunmaq istəyirəm. Azərbaycan dövləti hər ilinkişaf edir. Ermənistan isə öz torpaqlarını işlədə bilməyən zəif bir dövlətdir."Qarabağ” müharibəsinin dünəninə, bügününə baxsanız görəcəksiniz Azərbaycandövləti daim barışcıl addımlar atıb. Nədənsə ermənilər daim xəyanət etməyəmeyili olub. Ermənistan daha güclü dövlətlərdən dəstək alaraq Azərbaycanahaqqsızlıq edir. Ermənistan tək olarsa bu müharibədə Azərbaycana qalib gələbilməz. Bu məsələni hamımız bilirik. Azərbaycan gec-tez bu müharibəniqazanacaq. "Qarabağ” Azərbaycanın ayrılmaz hissəsi olacaq... Buna heç şübhəmyoxdur.

Tarixi sənədlər...

-Kitablarçox önəmlidir. Kitablar atalarımızın,babalarımızın bizə qoyub getdiyi mirasdır. Bu səbəbdən də yazılan kitablar tarixi sənəddir. Keçmişdə yaşanan olaylar,insan itkiləri haqqında yazmaq mütləqdir. Bunları gələcək nəsillərə arxiv sənəd kimi qoyub getməklazımdır. Azərbaycanın Sumqayıt şəhərindən şəhid olan Əbdülməcid AxundovaAllahdan rəhmət diləyirəm. Ruhu şad olsun...


-Rus yazarıF.M.Dostoyevski deyir ki, edilən müharibələr təmizlikdir. Nədənsə müharibəolduğu zaman insanları itiririk. Bu itkilərdən sonra qadınlar, analar, körpələrgözüyaşlı qalır. Bir insanın göz yaşlarını görmək çox ağır mənzərədir!.. Buhaqqda düşüncələrinizi bilmək istərdik.

-Ötənillərdə Qarabağ, İrak, Libya, Misir, Suriya kimi dövlətlərin savaşlarınınşahidi olduq. Ölkələrin öz vətənlərini necə tərk etməsini sosial şəbəkədən izləyəbilirik. Türkiyə Dövləti bu mövzuda çox həssasdır. Son illərdə 3.500.000 çoxinsan Türkiyədə yaşaması üçün dəstək verdik. Ən qısa zamanda bu savaşların bitməsiniarzu edirəm.

-İllər öncə AlexandraCaveliusun "Leyla” adlı bir romanınıoxumuşdum. Romanda Bosniya savşlarındandanışılırdı. Balaca Leyla deyirdi:-"bir gün anladım ki, müharibə başladığızaman insanlıq ölür. Emre Dağdelen həyatının ən çətin anında insanlığı necəqoruya bilib?


-Yaşadığımız həyatda bəzən çox çətin anlarlaqarşılaşırıq. Hətta bu çətinlikdən çıxmayacaq qədər özümüzü zəif hiss edirik.Balaca Leyla da müharibə zamanı ölümfaktını qəbul edib. Ətrafımıza baxdığımız zaman insanlardan kömək istəyirik.Əsasodur ki, insan hardan kömək alacağını bilməlidir. Biz işləməyə başladığımızzaman güvəndiyimiz insan varsa heç çətinliyə düşmərik. Çıxdığımız yolda Allahagüvənək. Ondan dəstək alaraq hər şey edə bilərik. Əsas inamdır. İnam varsa,bütün qapılar açılacaq...

Nigar İsmayılqızı

İstanbul-2017