Emin Baxşiyev xaricdən siyasi sığınacaq istədi
Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyev siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət edib. Bu haqda Feysbuk sosial şəbəkəsindəki səhifəsində E.Baxşiyev özü yazıb.
Emin Baxşiyev həmçinin bildirib ki, işdən çıxarılması haqqında da ərizə yazıb. Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı bunu ölkə hökumətinin hərəkətləri ilə razılaşmaması və onun ailə üzvlərinə təzyiqlə izah edib.
Emin Baxşiyev 2010-2013 illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində işləyib. 2013-cü ildə isə o, Azərbaycan səfirliyində sürücü vəzifəsinə təyin olunub.
Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57