adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Oktyabr 2014 10:25
3869
MƏMLƏKƏT

Əmək bazarı Avropa İttifaqının diqqətində

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyində (ƏƏSMN) Avropa İttifaqının Bakı ofisinin nümayəndələri ilə  görüş olub. Nazirlikdən Adalet.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniMətin Kərimli bildirib ki, ötən dövrdə Avropa İttifaqı ilə birgə icra olunan layihələrölkəmizin sosial müdafiə sistemində aparılan islahatlara mühüm dəstək olub. Ötənillərdə Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən Tvinninq layihələri hesablamalarının aparılması, proqnozlaşdırma və monitorinq, sosial büdcənintərtib edilməsi və s. sahələrdə ƏƏSMN-nin potensial imkanlarının artırılmasına,habelə əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin və tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsinəöz töhfəsini verir.

M.Kərimli Avropa İttifaqı ilə əməkdaşlıq təcrübəsinin məşğulluq və əməkbazarının inkişafı sahəsində də davam etdirilməsinin önəmli ola biləcəyinivurğulayıb. O bildirib ki, məşğulluqla bağlı qanunvericiliyin, habelə dövlət məşğulluqxidmətinin institisional strukturunun və idarəetmə sisteminin qabaqcıl beynəlxalqtəcrübəyə uyğunlaşdırılması prioritet məsələlərdəndir. Həmçinin işaxtaranlarınvə vakansiyaların qeydiyyatı, statistik hesabatların formalaşdırılması üzrəavtomatlaşdırılmış vahid informasiya sisteminin yaradılması, beynəlxalq təcrübəəsasında əmək bazarının proqnozlaşdırılması üzrə metodologiyanın hazırlanması vəs. qarşıda duran vəzifələrdəndir. Avropa İttifaqı ilə qeyd olunan sahələrdə əməkdaşlıqmüsbət nəticələr verə bilər.

Avropa İttifaqının Bakı ofisinin əməliyyatlar şöbəsinin müdiri YeronVilyams əvvəllərdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin qarşıdakı dövrdədigər sahələrdə davam etdirilməsi təşəbbüsünün təqdirəlayiq olduğunu bildirib.Y.Vilyams Avropa İttifaqının sözügedən prioritetlər üzrə texniki vəinstitisional dəstəyi verməyə hazır olduğunu qeyd edib, bu məsələlərin həlli iləbağlı Avropa İttifaqının mövcud imkanları barədə məlumat verib.

Görüşdə məşğulluq və əmək bazarının inkişafı sahəsində gələcək əməkdaşlıqməsələləri ətraflı müzakirə olunub.