Əmanətçilərə nə qədər pul verilib?
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
Fonddan verilən məlumata görə, "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 mln. 981 min manat (ümumi kompensasiya öhdəliyinin 98,2%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 52 mln. 469 min manat (ümumi kompensasiya öhdəliyinin 72,2%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 86 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 126 mln. 306 min manatdan artıq kompensasiya verilib.
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 271 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 245 min manatdan artıq kompensasiya ödənilib.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 976 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 334 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,1%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 mln. 458 min manatdan artıq kompensasiya ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 434 mln. 92 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 98,4%-i əmanətçilərə ödənilib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 722,101 mln. manatdan artıq kompensasiya ödənilib.
Digər Xəbərlər
03 May 2024 17:31
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05