adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2014 12:03
5134
GÜNDƏM

Elton Məmmədov: “O insanlara ar olsun”

"Mənim oğlum yumruq hesabına Avropa çempionuolub. Rinqdə bayrağımızı qaldırıb. O, ata-anasının dizinin dibində bəslənməyib.Böyük oğlum Avropa çempionudur. Fevralın 23-də bütün dünyaya 155 kanalla canlıyayımlanan beynəlxalq miqyaslı kiq-boksinq üzrə turnirin qalibidir. Bəs, bundanniyə danışan olmadı? Xocalı faciəsi ərəfəsində bu faciəni canlı yayımla yüzdənçox ölkəyə tanıtdı. Bu zaman harada idi o jurnalistlər? Mətbuata düzgün xəbərdeyil, qalmaqal lazımdır. Ancaq mənim ətrafımda qalmaqal yarada bilməyəcəklər”.

Adalet.azxəbər verir ki, bu fikirlər "Axar.az”a millət vəkili Elton Məmmədov deyib. Deputatoğlu Elnur Məmmədov barədə mətbuatda yazılanlara münasibət bildirərkən onu da vurğulayıb ki, bu hərəkətazərbaycançılığa, Azərbaycan gəncliyinə qarşı şantajdır: "Bunları yazan, aranı qarışdıran o insanlaraar olsun, deyirəm. Allah bilir ki, mənim övladlarım həyatı boyu belə işlərgörməyib. Övladlarım Azərbaycan gəncliyi üçün nümunə olduğuna görə gözügötürməyənlər əl-ayağa düşüb. Mən yaxşı bilirəm bunu yazanlar da, yazdıranlarda kimdir. Əgər bunları yazan insanın vicdanı hələ də qalıbsa, onu Allahahəvalə edirəm. Bunu təşkil edənlərin kim olduğunu siz də yaxşı bilirsiniz. Məndə yaxşı tanıyıram bu işlərin sifarişini verən insanı. Təsadüf deyilən bir şeyyoxdur. Bu videoları da mənim övladlarım adı ilə redaksiyalara göndərənlər təsadüfiadamlar deyil. Bu, məqsədyönlü kampaniyadır. Bunu təşkil edənlərin də iç üzünüAllah özü açıb göstərəcək. Bu insanlarla mübarizə aparmaq fikrində deyiləm. Məndüşmənimlə, erməni ilə mübarizə apararam. O kimdir ki, onun yalanlarına qarşıda mübarizə aparım?”