adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
01 Aprel 2024 13:44
1609
ELM VƏ TƏHSİL

“Elmin maliyyələşdirilməsi ilə bağlı vəziyyətin köklü dəyişdirilməsi tələb olunur” - UNEC-in rektoru

“Elmin maliyyələşdirilməsi ilə bağlı mövcud vəziyyətin köklü dəyişdirilməsi tələb olunur”.

Adalet.az xəbər verir ki, bunu UNEC rektoru professor Ədalət Muradov "Facobook" hesabında yazıb.

O, rəsmi sosial hesabında elmin maliyyələşdirilməsi ilə bağlı fikirlərini bildirib:

“Söhbət universitetlərə tədqiqat məqsədilə sadəcə pul ayırmaqdan deyil, elmin maliyyələşdirilməsi modelindən gedir. Hələlik bu məsələdə aydınlıq yoxdur. Elmin yeni maliyyələşdirilməsi modelindən öncə isə bütövlükdə elmin təşkili və idarəedilməsində hələ də mövcud olan sovet modelindən qısa vaxtda kənarlaşmaq lazımdır. Başqa sözlə, "əyrini daha təkmil əyriyə çevirmək" üçün maliyyə vəsaiti ayırmağa dəyməz!”