“Elmar Vəliyevin vəziyyəti yaxşıdır” - Deputat qardaşına zəng edib
Ötən gün sui-qəsdə məruz qalan Gəncənin icra başçısı Elmar Vəliyevin hazırda vəziyyəti yaxşıdır.
Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a YAP-çı millət vəkili Aydın Mirzəzadə məlumat verib.
O, Elmar Vəliyevin qardaşı ilə telefon əlaqəsi saxladığını, icra başçısının vəziyyətilə maraqlandığını deyib.
"Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd gözlənilməz və təəssüfedicidir. Hadisənin necə baş verməsi barədə hərtərəfli tədqiqlər aparılacaq və məlumat veriləcək. Elmar Vəliyev Azərbaycanın fədakar və çalışqan regional rəhbərlərindəndir. O və onun mühafizəçisi sağdır, müalicələri davam edir. Bu gün onun qardaşına zəng etdim və vəziyyətinin yaxşı olduğunu və heç bir problemin olmadığını bildirdi”.
Qeyd edək ki, dünən saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında Yunis Səfərov tərəfindən odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Digər Xəbərlər
27 Aprel 2024 17:39
Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel 2024 16:06Dəniz piyadaları və xüsusi təyinatlıların təlimindən - VİDEO
27 Aprel 2024 15:00İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
27 Aprel 2024 14:48Prezidentdən iqtisadiyyat və maliyyə nazirlərləri ilə bağlı SƏRƏNCAM
27 Aprel 2024 13:27