Elmar Məmmədyarovun Türkiyəli həmkarı ilə telefon danışığı olub
Bu ilin 24 may tarixində Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbəti olub.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul etdi. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik etdilər və ən xoş arzularını ifadə etdilər.
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi apardılar.
Digər Xəbərlər
02 May 2024 12:33
İlham Əliyev Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib
02 May 2024 12:28“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”
01 May 2024 22:45İlham Əliyevin forumdakı çıxışı Gürcüstan mətbuatında
01 May 2024 17:37Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB
01 May 2024 16:15