adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Noyabr 2018 16:16
77883
GÜNDƏM

Elmar Məmmədyarovun çıxışının tərcüməsi – İLK DƏFƏ


Dünən Azərbaycan, Türkiyə və İran xarici işlərnazirləri İstanbulda birgə görüşüb. Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovungörüşdəki çıxışı sosial şəbəkələrdə gülüş hədəfinə tuş gəlib.

Adalet.az Elmar Məmmədyarovun həmin çıxışının "tərcümə”sinitəqdim edir.

Təşəkküredirəm, mənim dostum, qardaşım, Mövlud müəllim!

Mən Azərbaycanrəhbərliyinin və xalqın adından sizi Cümhuriyyətin 95 illiyi münasibəti ilə təbrikedirəm. Bu çox önəmli və əlamətar bir gündür. Bizim birgə layihəmiz olan boru xəttiCənubi qaz dəhlizinin bir hissəsidir. Əvvəlcə onu demək istəyirəm ki, biz 10 il öncəBakı-Tbilisi-Ceyhan neft boru-kəmərini istifadəyə verdik. Bu boru-kəməri artıqkeçən ildən öz fəaliyyətinə başlayıb. (Türkiyə ilə bağlı bu hissə heç cüranlaşılmır, ola bilsin bizim tərcümə etdiyimiz bu hissə də Elmar Məmmədyarovundediyinə adekvat olmasın). Biz bundan sonra da faydalı işlər görəcəyik. Türkiyədənsonra İtaliya bazarına Azərbaycanda istehsal olunan neft və qazı çıxarmaq üçün çalışacağıq.

BeynəlxalqAviasiya şirkətinin açıqlamasına görə, təyyarədən istifadə eləyən adamlar ənçox Bakı-İstanbul reysinin faydalı olduğunu deyirlər. Bu çox rahat havalimanıdır. Limanın açılması bizə də köməklik edər. Biz birgə bəyanat verdik.Sağ olsun, İran və Türkiyə bizə dəstək oldu. Onlar əsasən Dağlıq Qarabağ məsələsinimüzakirəyə gətirdilər və bildirdilər ki, o ərazilər beynəlxalq toxunulmazlıq əldəetsin, suverenliyi qorunsun. Düzdü, bütün məsələlər həll olunmayıb. Ancaqenerji, transport məsələləri həll olunmaq üzərədir. Cənub və şimal dəhlizininaçılması ilə bağlı prezidentlərin, Xarici işlər nazirlərinin səviyyəsində müzakirələrolmuşdu. Bakı-Tbilisi Qarsın da açılması ciddi məsələ kimi bizim öhdəmizdədurur. Əlbəttə ki, Astara- Astara (Söhbət İran Astarasından gedir) dəmiryoluistifadəyə verildi. Daha sonra Reşt-Astara dəmiryolunun tikilməsi nəzərdətutulur.

P.S. Çıxış birneçə hissədə kəsilirdi deyə Elmar Məmmədyarovun tərcüməsini reallaşdırmaq xeyliçətin oldu. Bəzi qüsurlarımız ola bilər. Ola bilsin ki, Elmar müəllimin dediklərinitam çatdıra bilmədik. Amma ən azından çıxışını bir az daha səliqəyə saldıq.Ümid edirik ki, bizi və Elmar müəllimi başa düşərsiniz.