Elmar Məmmədyarov BMT nümayəndəsi ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Humanitar məsələlərin əlaqələndirilməsi üzrə ofisində Baş Katibin köməkçisi Rəşid Xaliqov ilə görüşüb Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı Azərbaycan və təşkilat arasında əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub. Rəşid Xaliqov Bakı Beynəlxalq Humanitar Forumunda aparılan müzakirələrin günümüzün aktuallığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini və müasir beynəlxalq çağırışları əks etdirdiyini bildirərək, Forumda iştirakdan məmnunluğunu ifadə edib. Nazir Elmar Məmmədyarov Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığın gücləndirilməsi, beynəlxalq miqyasda yardımların göstərilməsi və əlaqələndirilməsinə verdiyi töhfələr haqqında danışıb. O, bu xüsusda XİN-nin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) fəaliyyəti və həyata keçirdiyi layihələr barədə həmsöhbətinə ətraflı məlumat verib. Görüşdə həmçinin humanitar böhranların həll olunması yolları, beynəlxalq inkişaf proqramları və digər qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.
Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57