adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Sentyabr 2020 20:35
44498
HÜQUQ

Elman Paşayev vəkil statusundan məhrum edildi

Rusiyanın Şimali Osetiya Vəkillər Palatası Elman Paşayevi vəkil statusundan məhrum edib.

Trend-in məlumatına görə, bunu Rusiyanın Federal Palatası bildirib.

Qeyd olunur ki, E.Paşayevin fəaliyyətində intizam pozuntuları aşkar edilib.

Onun vəkillik statusunun ləğv olunması üçün Rusiya Ədliyyə Nazirliyi Şimali Osetiya Vəkillər Palatasına təqdimat vermişdi.

Xatırladaq ki, bir müddət əvvəl Elman Paşayevin müdafə etdiyi rusiyalı aktyor Mixail Yefremov ölümlə nəticələnən yol qəzası törətdiyi üçün 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.