adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Aprel 2020 16:46
92408
MÜSAHİBƏ

Əliməmməd Nuriyev: "Prezidentin şəxsi nümunəsi vətəndaşlarda əminlik, güvən yaratdı" - MÜSAHİBƏ

Həmsöhbətimiz Hüquq müdafiəçisi, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevdir.

- Əliməmməd müəllim hazırda gündəmin əsasmövzusu COVİD-19 pandemiyasına qarşı mübarizə və həyata keçirilən tədbirlərdir.Ən yeni tarixdə dünyada ilk dəfədir ki, bu cür vəziyyət yaranıb və doğurdan dabəşər övladı, ölkələr bu cür qlobal çağırışla üz-üzə qalıblar. Azərbaycan daistisna deyil və ölkəmizdə xüsusikarantin rejimi tətbiq edilib. Azərbaycan bu çağırışa necə cavab verdi, ölkəmizinCOVİD-19 pandemiyasına qarşı mübarizə strategiyasını necə dəyərləndirmək olar?

- COVİD-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədarhəyata keçirilən tədbirlərin xronologiyası və ardıcıllığını, hazırkı nəticələrinitəhlil edərək, görürük ki, Azərbaycan rəhbərliyi və hökuməti operativliyi vəprofessionallığı ilə fərqləndi. Diqqətçəkənməqam Azərbaycan rəhbərliyinin, şəxsən prezident İlham Əliyevin əhalininsağlamlığının qorunması və ölkənin pandemiya ilə mübarizədə potensialınınartırılması, zəruri hazırlıq tədbirlərinin görülməsi üçün necə böyük məsuliyyətlə davranmasıdır. Bir daha eyd edirəmki, pandemiyaya qarşı mübarizədə əsas meyar məsuliyyətli davranışdır, üzərinə məsuliyyətgötürməkdir. Çünki, fərqli ölkələr var, fərqli resurslar var, fərqliepidiomoloji vəziyyət var, amma təcrübə göstərdi ki, əsas meyar məsuliyyətli vəprofessional davranışdır. Görülən tədbirlər barədə hər kəs məlumatlıdır vəbunları təkrarlamağa lüzum görümürəm. Amma bir neçə məqamı vurğulamaq istərdim,Azərbaycan dərhal Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupunu ölkəyə dəvətetdi, onlar dəyərləndirmə apardılar və tövsiyyələrini verdilər. Bu çöx önəmliydivə ölkə üçün aydın olmalıydı, onun mövcud potensialı ilə bağlı hansı üstünlüklərvə çətinliklər var. Bundan sonra çətinliklərin aradan qaldırılması üçün sistemli iş aparıldı. Yəni elmi, biliyə əsaslananyanaşma nümayiş etdirildi.

Digər vacibməqam ölkədə fövqəladə vəziyyət elan edilmədi və optimal mübarizə strategiyasıhəyata keçirildi, mərhələ-mərhələ sosial məsafəni təmin edəcək tədbirlərgörüldü, daha sonra isə zamanında xüsusi karantin rejimi tətbiq edildi. Bu prosesdə çox tələsmək və gecikməyin hərikisinin böyük risk potensialı vardı. Ən vacib məqam doğru zamanlamaydıki, Azərbaycan da bunu etməyi bacardı. Əhaliarasında böyük miqyasda maarifləndirmə kampaniyası aparıldı və Prezident,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xalqa müraciətləri, birbaşa vətəndaşaxitabı çox vacib rol oyandı.

Xüsusən bumüraciətlərdə humanizm və xeyrxahlığın ön plana çəkilməsi və konkret addımlardaözünü biruzə verməsi cəmiyyətimizdə inam, güvən yaratdı. Pandemiya dövründə ilkgünlərdən humanist yanaşma 65 yaşdan yuxarı vətəndaşlarımızın qayğı ilə əhatəolunması, yaşı 65-dən yuxarı məhkumların əfv edilməsində özünü göstərdi. Məhkumlarınəfv olunması həm də həssas bir yanaşmanın nümunəsiydi. Baxmayaraq ki, həbsxanalardabütün önləyici tədbirlər alınmışdı, bununla belə bu şəxslərin kiçik riskə məruzqalması rəva bilinmədi. Baxmayaraq ki, əfv edilənlərin bir çoxu ağır cinayətlərtörətmişdilər, onların sağlamlığı üçün ən kiçik riskin belə olmaması üçünatılan bu addım gerçəkdən dövlət adına verlən qərarlardan ən mühümüydi.

Karantinrejimində Prezidentin fəal işləməsi, görülən işlərlə kabinetdən deyil, şəxsənizləməsi, onun şəxsi nümaunəsi, vətəndaşlarda əminlik, güvən yaratdı. Azərbaycanıntez bir zamanda gigiyenik tibbi ləvazimatlarla bağlı çətinlikləri aradanqaldırması, gündəlik tələbat malları ilətəmiantın yüksək səviyyədə olması da xüsusi qeyd edilməlidir.

Ümumiləşdirsəkqeyd edə bilərik ki, prezident İlham Əliyevin effektiv liderliyi ilə hökumət,Azərbaycan cəmiyyəti çox yaxşı nümunə ortaya qoydu. Dövlət başçısının güclü liderliyi xarakterizə edən xüsusiyyətlərivətəndaşlar üçün daha aydın göründü. Artıq əldə olunan nəticələr deməyə əsasverir ki, güclü lider, effektiv hökumət fəaliyyəti, məsuliyyətli davranış, məsuliyyətlicəmiyyət və optimal strategiya ilə Azərbaycan bu pandemiyadan ən az itkilərləçıxacaq.

-Pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadi inkişafla bağlı çətinlikləryaradıb. Azərbaycan hökuməti tərəfindən zərərçəkən vətəndaşların və biznesin dəstəklənməsiüçün müvafiq addımlar atılmaqdadır. Bu sahədə Azərbaycan təcrübəsi özünüdoğruldurmu?

- Bilirsiniz ki, pandemiyanın yaratdığı problemlərin həllolunması, əhalinin aztəminatlı hissəsinin,biznesin dəstəklənməsi, məşğulluğun qorunması üçün 3,5 mlrd manat həcmində yardım paketi nəzərdə tutulub. Hökumət tərəfindənxüsusi proqramlar hazırlanıb və həyata keçirilir. Diqqətçəkən məqam kimi ehtiyac meyarı həcmində,yəni iki ay ərzində 190 manat verilməsinəzərdə tutulan vətəndaşların sayı 600 nəfərə qədər artırıldı. Bu dövlətbaşçısının vətəndaşlara qayığı siyasətinin nümayişi oldu. Başqa bir məsələ şəffaflıqvə obyektivliyin təmin edilməsidir. Həm dəstək görən biznes subyektləri vəmikrosahibkarlar, həm də 190 manat alan vətəndaşların siyahısı açıqlanır, daimyenilənir. Biznes üçün çox əlçatan formada, şəffaf müraciət mexanizmiyaradılıb. Həmçinin 190 manat almaq hüququ olan vətəndaşlar üçün müraciətlə əlaqədarçətinliklər tez bir zamanda aradan qaldırıldı. ƏƏSMN bu sahədə operativ çalışdıvə qısa müddətə bu sahədə bir nizam yarada bildi. Prezidet səviyyəsində dəfələrləməşğulluğun qorunması ilə bağlı açıqlamalar verildi və görünən budur ki, biznesdövlət başçısının çağırışına həssas yanaşdı. Ən vacib məsələ isə ƏƏSMN-in "Özünəməşğulluqproqramı”nın genişlənnməsi, yerlibanklalr və Dünya Bankının dəstək verməsidir. Qabaqcıl dünya təcrübəsi də göstərir,bizim təhlillər də deməyə əsas verir ki, ən düzgün strategiya və perspektivliyol, ünvanlı sosial yardımın mümkün olan hallarda "Özünəməşğulluq proqramı”na cəlbetməklə əvəzlənməsidir. Bu həm mövcud resurslardan səmərli istifadəetməyə, həm də iqtisadiyyatin inkişafına töhfə verməyə imkan yaradır.

Daha çox diqqətimi çəkən məsələlərdənbiri kapitala amnistiya verilməsi ilə bağlı məsələlərin müzakirəsi və ən vacibişəffaflıq və korrupsiyaya qarşı mübarizə məsələlərinin ön plana çıxmasıoldu. Vətəndaş cəmiyyəti olaraq bu məsələləridaim gündəlikdə saxlamağa, aktuallaşdırmağa çalışırdıq, bu istiqamətdə irəliləyişlərdə vardı, amma indi bir daha aydın oldu ki, bu sahədə dönüşə, sıçrayışa ehtiyacvar. İndi bizim bu istiqamətdə ləngimək, yubanmaq ixtiyarımız yoxdu. Tez birzamanda ən qəti addımalar atılmalıdır.

Böhranların müsbət xüsusiyyətləri də var, bu ilk növbədəplanlaşdırılan, nəzərdə tutulan proseslərə bağlı dinamikanın görünməmiş həddəyüksəlməsiylə bağlıdır. Bu ondan irəli gəlir ki, problemlər daha çılpaqlığı iləüzə çıxır, onların yaratdığı təhlükənin miqyası daha aydın görünür. Yeniliklərintətbiqi əvvəllər düşünülməyən sürətlə baş verir və ən vacibi cəmiyyət də bunu qəbuledir, həmçinin yeni ideyalar və yanaşmalara ehtiyac yaranır. Hazırda müşahidəedirik ki, Azərbaycanda iqitisadi inkişafın təmin edilməsi,liberallaşdırılması, şaxələndirilməsi, şəffaflıq və hesabatlılığın təmin edilməsiyləbağlı bu mərhələyə qədəm qoymuşuq. Əlavə edim ki, bu cür cəsarətli qərarlarverməyi bacaran və güclü siyasi iradəyə malikdövlət başçımız var və bu inkişaf üçün yaxşı zəminlər yaradır.

-Pandemiya dövründə cəmiyyətdə birlik, bərabərlik mühiti müşahidə etdik, bununla əlaqədarçağırışlar da oldu. Parlamentpartiyaları bəyanatla çıxış etdilər. Bu təşəbbüsləri necə qiymətləndirirsiniz?

- Prezident Azərbaycan cəmiyyətiüçün həyatı vacib bir şüarla çıxış etdi- "Güc birlikdədir!” Bu bütün xalqa,siyasi qüvvələrə, biznesə, vətəndaş cəmiyyətinə, vətəndaşlara ünvanlan güclü bir mesajdı. Həmçinin dövlətbaşçısı kimi İlham Əliyevin baxışını, yanaşmasını əks etdirən birkonsepsiyadır. Yalnız həmrəyliyi, qarşılıqlı etimadı təmin edə bilən cəmiyyətlərbu cür böhranlardan uğurla çıxırlar. Bubaxımdan Prezidentin şüarı hər kəs və hamı üçün vacibdir. Bu hazırda birehtiyac və zərurətdir. Parlament partiyalarının bəyanatı bu şüarın davamı kimiçox müsbət və ən başlıcası poztiv başlıca vəzifə olacaq, real məzmun yaradacaqtəşəbbüs oldu. Bu təşəbbüs iqtidar tərəfindən irəli sürülən siyasi dialoqçağırışının da davamıdır və ölkədə sivil siyasi münasibətlərin yaranması,zamanın ruhundan qaynaqlanan real siyasi islahatların həyata keçirilməsinə möhkəm bünövrəyaradır. Böhran dövrlərində iqtidarmanevr azadlığına malik olmalıdır, həmçinin əmin olmalıdır ki, arxadan zərbəalmayacaq, həyata keçirilən islahatalr,tədbirlər siyasi mübarizə də alət, bəhanə kimi istifadə olunmayacaq. Bir sözləhamı oyun qaydalarına riayət etməlidir. Çünki, böhran dövründə vətəndaşların, əhalininsağlamlığının, rifahının qorunması məsuliyyəti iqtidarın üzərinə düşür. İqtidarda müvafiq təminatlara malik olmallıdır.Bütün siyasi qüvvələr də xalqın, dövlətin mənafeyi naminə bu təminatları verməyəborculudurlar.

-Oyun qayadaları demişəkən, bu qaydaları pozmağa cəhdlər də müşahidə olunur...

- Bununlıa bağlı öz fikirlərimisosial şəbəkələrdə yazmışdım, bir daha qeyd edim ki, pandemya dövründə mövcud çətinliklər,problemlər müzakirə predmeti ola bilər və olmalıdır. Hətta tənqidlər də təbii qəbulolunmalıdır. Amma bu zaman müzakirə, sağlam tənqid ilə şantaj, hədə və fürsətçilliyiayırmaq lazımdır. Pandemiya kimi ekstremal vəziyyətlərdə fürsətçilik, badalaq vurmaq yolverilməzdir.İlk növbədə ümumi maraqlar və məsuliyyətli davranış əsas götürülməlidir. Çox təəssüfki, bu cür halların da şahidi olduq, xüsusən 190 manatın verilməsi ilə bağlı təhrikçi, həssas məqamdan yararlanmaq, ucuz populizm cəhdləriaşkar göründü. Bəzi siyasi qüvvələr və qrupların da sosial tələblərin səsləndirilməsiadı altında siyasi rəqiblərə qarşı kampaniya aparmaq cəhdləri müşahidə olundu.Pandemiya bir lakmus kağızı oldu və təəssüf ki, obrazlı ifadə etsək mənəvi,siyasi baxımdan COVİD-19 testindən pozitiv çıxdılar. Bununla belə qeyd edilməlidirki, bu səylər də gözlədikləri effekti vermədi, vətəndaşların çox böyük əksəriyyətibu səylərə əhəmiyyət vermədi. Əksinə "Biz birlikdə güclüyük!” mesajı vətəndaşlarüçün bir deviz oldu.


Söhbətləşdi: Sübhan Mahmudov