Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində dinamik inkişafından məmnunluq ifadə olunub.
Növbəti tədris ilindən Türkiyənin İstanbul şəhərində Azərbaycan məktəbinin açılacağı qeyd edilib.
Y.Tekinin Qarabağ Universitetini, həmçinin Şuşa, Füzuli və Ağdam şəhər orta məktəblərini ziyarət etməsi məmnunluqla vurğulanıb.
Səfər çərçivəsində imzalanmış təhsil və peşə təhsili sahəsində əməkdaşlığa dair sənədlərin əhəmiyyəti qeyd edilib.
Görüş zamanı təhsil, o cümlədən peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyət və perspektivləri, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər Xəbərlər

İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının Baş katibi ilə görüşüb

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev İraq Prezidenti ilə görüşdü - FOTO

Ana Brnabiç Azərbaycana gəldi - FOTO

Milyardlarla dollarlıq layihələrlə bağlı sənədlər İMZALANDI

Prezident və xanımı BMT-nin mənzil-qərargahında - FOTOLAR

İlham Əliyev və xanımı BMT-nin mənzil qərargahına gəliblər
