Əli Əsədov Çarlz Donaldla görüşdü
Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 5-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) dövlət mülkiyyəti və özəlləşdirmə üzrə İşçi Qrupunun sədri, Birləşmiş Krallığın dövlət investisiyaları üzrə qurumunun baş icraçı direktoru Çarlz Donaldın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə İƏİT arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub. Birgə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətlərində korporativ idarəetmənin qiymətləndirilməsi layihəsinin nəticələri nəzərdən keçirilib.
Həmçinin, Azərbaycan və İƏİT arasında əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Digər Xəbərlər
10 Mart 2026 19:32
Suriya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ
10 Mart 2026 19:31
Niderland İrandakı səfirliyini Tehrandan Azərbaycana köçürdü
10 Mart 2026 19:08
Finlandiya Prezidenti İlham Əliyevə zəng etdi
10 Mart 2026 17:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib
10 Mart 2026 17:37
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul etdi
10 Mart 2026 16:57
Trampın Türk əsgəri planı - Səxavət Məmməd yazır
10 Mart 2026 16:14
Deputatlarımız Qazaxıstanda referendumu müşahidə edəcəklər
10 Mart 2026 13:12


Bakı -°C

