Əli Əsədov Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının (ADB) prezidenti Masato Kandanı işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dirçəlişi istiqamətində həyata keçirilən proqramlar, həmçinin bu ərazilərin investisiya potensialı barədə məlumatlandırıb.
Adalet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Belə ki, görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib.
Ötən müddət ərzində Bankın Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına dəstək verdiyi bildirilib. Eyni zamanda nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Azərbaycanın Asiya İnkişaf Bankının az inkişaf etmiş ölkələrə yardım göstərilməsi təşəbbüsünün iştirakçısı olduğu, Azərbaycanın Bankın Asiya İnkişaf Fonduna ianələr ayırdığı diqqətə çatdırılıb.
Eyni zamanda Azərbaycanda yaradılan əlverişli investisiya və biznes mühitinə toxunulub
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında cari ilin iyul ayında təsdiqlənmiş 2025-2029-cu illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində prioritet istiqamətlər üzrə əməkdaşlıq imkanları, o cümlədən metro şəbəkəsinin genişləndirilməsi, dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi, su təchizatı sisteminin yaxşılaşdırılması və ikitərəfli gündəlikdə duran bir sıra digər perspektivli layihələr müzakirə olunub.
Digər Xəbərlər
14 Noyabr 2025 17:17
Milli Məclisdə 3 gün büdcə müzakirə ediləcək
14 Noyabr 2025 17:04
"Bu cür hücumlar qəbuledilməzdir" - Prezident
14 Noyabr 2025 16:35
Zelenski İlham Əliyevə zəng etdi
14 Noyabr 2025 16:16
Azərbaycan Rusiyaya nota verdi
14 Noyabr 2025 14:53
Təyyarənin qəzaya uğraması ilə bağlı... - Səxavət Məmməd yazır
14 Noyabr 2025 14:19
Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır - DTX rəisi
14 Noyabr 2025 11:47
“Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında strateji körpü rolunu oynayır”
14 Noyabr 2025 11:41


Bakı -°C

