Əli Əhmədov Avstriya Kanslerinin müavini ilə görüşüb
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adalet.az xəbər verir ki, Əli Əhmədov bu səfərin iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğulayıb. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra istər prezidentlər, istərsə də digər rəhbər heyətlər səviyyəsində qarşılıqlı səfərlər baş tutub. Atılan addımlar iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə kömək edib. Azərbaycan hər zaman Avstriyaya dost ölkə kimi yanaşır.
Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxe ölkəmizə ilk dəfə səfər etdiyini və paytaxtımızın gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edən Haynts-Kristian Ştraxe Avstriya rəhbərliyinin salamlarını Azərbaycan tərəfinə çatdırıb.
Ölkələrimizin oxşar cəhətlərinin olduğunu vurğulayan Avstriya Kanslerinin müavini hər iki ölkənin praqmatik və təhlükəsizlik siyasət yürütdüyünü qeyd edib.
Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq problemin dinc yolla həllinin tərəfdarı olduqlarını diqqətə çatdırıb.
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19