Əli Abbasov Azərbaycanın narahatlığını Fransa tərəfinə çatdırıb
Nazir Fransanın bir neçə şəhəri ilə qondarma "DQR" arasında "Dostluq və qardaşlaşma Xartiya"sının imzalanmasına etirazını bildirib
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında xarici ticarət, turizmin inkişafı üzrə dövlət katibi Matias Fekla ilə görüşü zamanı Fransanın bir neçə şəhəri ilə qondarma "Dağlıq Qarabağ Respublikası"nın bir neçə şəhəri arasında "Dostluq və qardaşlaşma Xartiya"sının imzalanmasına etirazını bildirib.
Ə. Abbasov Fransa rəsmisinə imzalanan "sənəd"lə bağlı Azərbaycan tərəfinin narahatlığını çatdırıb.
"Bu məsələ ilə bağlı biz Fransanın rəsmi mövqeyini bilmək istəyirik", - deyə Ə. Abbasov qeyd edib.
M. Fekla isə baş vermiş hadisənin bir daha təkrarlanmamasına çalışacaqlarını bildirib: "Fransanın Xarici və Daxili İşlər nazirlikləri bütün yerli İcra Hakimiyyəti orqanlarına rəsmi məktub göndərib. Həmin məktublarda sənədlərin qeyri-qanuni olduğu bildirilib. Bundan başqa, Fransa hökumətinin rəsmi mövqeyi də bütün icra hakimiyyəti orqanlarına çatdırılıb".
Qeyd edək ki, bu ilin may ayında Fransanın üç şəhəri ilə qondarma "Dağlıq Qarabağ Respublikası”nın üç şəhəri arasında "dostluq və qardaşlaşma xartiyası" imzalanıb.
apa
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36