Elçinin “Qatil”i Tbilisidə

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan "Qatil” bədii filminin 17-ci Tbilisi Beynəlxalq Film Festivalının "Avropa film forumu” bölümündə nümayişi baş tutub.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından Adalet.az-a bildirilib ki, festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film "Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın "Black and White Studio”, Gürcüstanın "Studio 33A” və "Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Filmin ssenari müəllifi xalq yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.
Qeyd edək ki, "Qatil” filmi həmçinin Bakıda keçirilən 6-cı Avropa Film Festivalı və Finlandiyanın "Qara və Ağ” Teatr Festivalında iştirak edib.
Digər Xəbərlər

Liderlər Bülbülün ev-muzeyində - FOTOLAR

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya çıxdı - FOTOLAR

“Teatrın dostu” mükafatı təqdim olundu: Kukla Teatrı daha bir mövsümü uğurla başa vurdu

Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət - FOTOLAR

Hökumə Əliyevaya həsr olunan film gələn ay təqdim olunacaq

Türkiyənin turizm mərkəzi: “Akdeniz’in İncisi” - FOTOLAR
