adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Sentyabr 2019 10:10
33451
DÜNYA

Əlcəzairin keçmiş baş naziri prezidentlik yarışına qatılıb

Əlcəzairin keçmiş baş naziri Əli Benflis bu il dekabrın 12-də keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Adalet.az-ın məlumatına görə, siyasətçinin qərarı Talai əl-Hürriyyət partiyasının mərkəzi komitəsinin iclasının sonunda elan edilib. Benflis ölkəni böhranın yaratdığı təhdidlərdən qurtarmaq, dövlətin dağıdılmasının qarşısını almaq və siyasi sosial-iqtisadi çətinliklərlə üzləşmək üçün seçkilərə qatılmaq qərarı verib.

Partiyanın lideri qarşıdaki seçkilərlə bağlı bunları bildirib: "Vətəndaşları qarşıdan gələn seçkilərdə iştiraka təşviq etmək üçün tədbirlər görmək lazımdır. Bu, səsverməyə inam təmin edəcək".