adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Aprel 2018 10:05
76526
MÜSAHİBƏ

Elcan Rəsulov: "18+ solo konsert verəcəm" - MÜSAHİBƏ

Adalet.az saytı son zamanlar yaratdığı obrazlar ilə tamaşaçıların sevgisini qazanan aktyor Elcan Rəsulovla müsahibəni təqdim edir.

- Parodiyalarınızı tamaşaçılarçox sevir. Hansı verilişdə iştirak edirsinizsə, orada sizdən bir-iki də olsa,parodiya istəyirlər. Və demisiz ki, mən parodiyaya iş kimi baxıram, onu aktyorbacarmalıdır. Sizcə, siz parodiya edirsiniz, yoxsa yamsılayırsınız? Parodiya iləyamsılamaq ayrı şeydir məncə.

- Bəli,son vaxtlar hara gedirdimsə, parodiya istəyirdilər. Artıq indi hansısa verilişdənzəng vurub parodiya üçün çağırırlarsa, getmirəm. Bəzən bu çağırılan qonaqlarada təsir edir. Parodiya ayrı şeydir, yamsılamaq ayrı. Bunu düz vurğulayırsınız.Parodiya ilə sırf məşğul olmaq lazımdır. Ona iş kimi baxıram. Amma o uşaqlaryamsılayırlar. Yamsılamağa da el dilində "ağız əymək” deyirlər. Bu da qarşı tərəfətəsir edir. Onlar "parodiya” etdikləri insanın ağzını elə pis formada əyirlər,qarşı tərəf də deyir ki, sən kimsən, məni parodiya edirsən? Əslində iki tərəf dəbunun adını bilmir ki, parodiyadır, yoxsa yamsılamaq, yəni ağız əymək. Hamıbuna parodiya deyir, nəticədə də parodiya gözdən düşür. Mən parodiya edərəm,amma yamsılamaq mənlik deyil. Onsuz da gündəlik həyatımızda bir-birimiziyamsılayırıq.


"Ciddibir rejissor, ciddi bir film olsa...”


- Komedikrollarda oynayan aktyorların dram janrında filmlərə çəkilməyi normaldır ammabizdə bu təcrübə özünü doğrultmur. Məsələn, Fərda Xudaverdiyev "Gecəqonağı"nda bu sınaqdan çıxa bilmədi. Elə ən məşhur Kamal Sunalın özü dədörd-beş dramatik filmdə özünü göstərə bilmədi.

-Mən əslində istəyirəm ki, dram janrında aktyorluğumu göstərim. Estrada aktyorluğunubitirmişəm. Düşünürəm ki, mən bunun öhdəsindən yüksək səviyyədə gələrəm. Özüməçox inanıram. Ciddi bir rejissor, cidi bir film olsa, düşünürəm, rolumu eləoynayaram ki, bu vaxta qədər oynadığım, hamının da sevdiyi komedik obrazlarınhamısı bunun yanında kölgədə qalar. Ammahələ ki, bu sahədə təkliflər var deyə komedik rolara çəkilirəm.

- Dram janrında filmlərin çox çəkilməməyinə ilə əlaqəlidir? Komedik filmlərin axını bir aralar çox sürətləndi.

-Loru dillədesək, tutuzdura bilmədilər. Hər işin birincisinin uğurlu olmağı amili var.İki-üç uğurlu komediya filmi çəkildi, yeni idi deyə xeyli adamın da diqqətini çəkdi.İndi maşaallah olsun, zibilini çıxarıblar. Bu gedişlə növbəti illərdə inanmıramki, uğurlu hansısa film çəkilə. Hətta fikir verirəm ki, özüm də çəkildiyimkomediya filmlərindən başqa əksəriyyəti uğursuz, keyfiyyətsiz filmlərdir.Dramatik janra qalanda isə, üç-dörd film çəkdilər, uğur qazana bilmədilər. Onagörə də dramatik film sahəsində durğunluqdur. Əgər kimsə çıxıb uğurlu bir filmçəksə, ardınca hamı dramatik film çəkməyə başlayacaq. Ümumiyyətlə, bizdə belədirdə. Kino-kino oynayırıq, teatr-teatr oynayırıq. Bu sahə qəribədir.

Birvaxtlar klip dövrü idi. Hamı klip-klip oynayırdı. Cavan uşaqlar rejissor olmaqistəyirdilər. Bütün müğənnilər klip çəkdirmək istəyirdilər. Sonraveriliş-veriliş oynadıq. Hərənin əlində bir proyekt qaçırdı televiziyaya. SonraKVN-KVN oynadıq, hərə bir KVN komandası yaratdı. İndisə kino-kino oynayırıq.Sabah da maraqlı nəsə çıxacaq, onu oynayacağıq. Biz beləyik, hər şeyin suyunuçıxarana kimi əl çəkmirik.


" Nə vaxt səviyyəli nəsə göstərdiniz ki…”


- Bəlkəbu bizim tamaşaçı kütləsinin günahıdır ki, onlar komediyaya, gülməyəmeyillidirlər? Yəni tələbat bunadır.

-Ola bilər ki, bu kütlənin günahıdır, amma biz kütləyə günahkar deyə bilmərik.Kütlə bu gün bayağı musiqi dinləyirsə, ucuz yumora gülürsə biz yenə də onugünahkar çıxara bilmərik. Çünki adama deyərlər ki, nə vaxt səviyyəli nəsə göstərdiniz,biz də gəlib baxmadıq?! Bayağı musiqi oxuyan dostlarımız hər gün bu işlə məşğulolurlar, hər gün nəsə yazırlar, onundan biri tutur. Amma peşəkarlar ildə biriniortaya çıxarırlar, o da uğurlu alınır, sonra yenə öz işləri ilə məşğul olurlar.Bu da belə. Hər gün komediya çəkirlər, axırda biri uğurlu alınır.

Bunatələbat deməzdim. Yaxşı mal həmişə yaxşı mal olub, bahalı olub və alıblar da.Ucuz mal hər gün alınır, çox satılır, demək olar ki, axşama qalmır, amma yaxşımal sabaha da qalır, birisigünə də qalır. Onu alan da illərlə onu istifadə edir.

- Çox vaxt komediya filmlərində ləhcələrəüstünlük verilir. Elə "Oğlan evi"ndə oynadığınız rol da İran ləhcəsiilə sevildi. Təbii ki, aktyorluğunuz da öz sözünü dedi, amma əksər komediyafilmlərində, əsasən Naxçıvan, Qərbi Azərbaycan, Şəki ləhcələrindən istifadəedirlər. Ləhcəsiz komediya alınmır, yoxsa?

- Alınır, niyə alınmır ki? "Təhmin vəZaur”da heç bir bölgənin ləhcəsi yox idi. "Kəklikotu”da da. Ləhcəni də gərəkyaxşı danışasan da. Gərək ləhcəni də yamsılamayasan, parodiya edəsən. Kimsə mənimləhcəmdə pis danışsa, düşünərəm ki, məni dolayır, pisimə gələr.

- ElcanRəsulovun film dünyasında hansı filmlər "ən"lər sırasındadır? Komediyaolsun, dram olsun.

- Yüzlərlə film var. Azərbaycan filmləri dəolsun, xarici filmlər də olsun. Məsələn, rus filmlərini sevmirəm. Rus filmlərimənə köhnə kimi gəlir. Türk filmlərinə isə heç baxmıram. Nə seriallarına, nəkomediyalarına, nə də ki, filmlərinə.


"Bizimkilər işləmək istəmirlər, istəyirlər ki, asan yolla pulqazansınlar”


- Dünyadasırf komedik obraz kimi yetişən və tanıtdırılan aktyorları əksəriyyət tanıyır.Yəni aktyordan tək obraz yaradırlar. Məsələn, İtalyanların Çelentanosu, yaxudda türklərdə kifayət qədər belə aktyorlar var ki, silsilə filmləri var. Bizdəisə çox gözəl aktyorlar var idi, heç birini xüsusiləşdirə bilmədilər. Sizə eləgəlmir ki bizim tamaşaçı üçün də bir obraz yaratmağın vaxtıdır?

- Mən İranlı "Baba” obrazını "Oğlan evi”filmində yaratdım da. Dillərdə də, yaddaşlarda da qaldı. O obraza aid filmlər çəkməkolar. Yaxud da Atv kanalında "Ər və arvad” serialı gedir, Yaşar obrazınıcanlandırıram. Bizimkilər işləmək istəmirlər, istəyirlər ki, asan yolla pulqazansınlar. Bir də komanda işi yoxdur bizdə. Film də, serial da komandaişidir.

- Maşınşou-da iştirak etdiniz və oyunçu kimi də maraqlı idiniz. Deyirsiniz ki,şou-biznes nümayəndələri ilə dost deyiləm, salam-sağolum var. Şouda şou-biznesadamları ilə birlikdə çətin deyildimi?

­- Mən onlarla birlikdə deyildim ki. Mənim özyolum, öz taktikam var idi. Mən orda ayrı bir respublika idim. Bir balaca şəhərimvar idi, axıra kimi də onu qoruyub saxladım. Sonra şəhərin merini yuxu apardı,onunla da hər şey bitdi. (gülür) Hələ də şou-biznes adamları ilə dostluqmünasibətim yoxdur, salam-sağol isə öz yerindədir.

- "Standup” etməyi düşünürsünüz?

- Adını "stand up” qoymuram, solo konsertetmək istəyirəm bu yaxınlarda. Bu iş dekabr ayında baş tutacaq. Ayın neçəsiolacaq, necə olacaq, bu barədə mətbuata məlumat verəcəm, özü də birinci sizə.

- Azərbaycaninsanını güldürdüyünüz mövzularla xaricdəki insanları güldürmək necə alınır? Səhvetmirəmsə, xaricdə də fəaliyyətiniz var. İngilis və rus dillərində əladanışırsınız.

- Bizimkiləri güldürmək daha çətindir, nəinkixariciləri. Onların güldüklərini burada bizimkilərə danışsam, məni qovarlar ki,get, işinlə məşğul ol, bu nədir?! Zövqlər müxtəlifdir. Hər xalqın öz yumorzövqü var. Bu arada onu da deyim ki, planlaşdırdığımız konsert Azərbaycan dadaxil olmaqla beş ölkədə baş tutacaq.


"Təşkilatçılaratapşırmışam ki...”


- Konsertintəşkilatçıları kimdir? Bu barədə ipucu da olsa deyərdiniz

- Təşkilatçılar çoxdur, vaxtı çatanda onlarözləri sizinlə əlaqə saxlayacaqlar. (gülür) Təşkilatçıların çoxluğu bununla əlaqəlidirki, günə iki konsert nəzərdə tutulub. Eyni məkanın sonuncu mərtəbəsində "18+”konsert olacaq ki, bu da yalnız gənclər üçün nəzərdə tutulub.

Konsetlə bağlı qalan şeylər hələ ki, gizliqalsın. Yaxşı, peşəkar jurnalistlərin iştirakı ilə konfrans təşkil edərik,orada bütün suallara aydınlıq gələr. Təşkilatçılara tapşırmışam ki, jurnalistlərəxüsusi yer ayırsınlar. Bizdə belə şeylərə bir o qədər də fikir vermirlər.

- Qabaqcadanreaksiyanın necə olduğunu fikirləşmisiniz? Düzdür, bunu konsert baş tutmamışbilmək olmasa da.

- Əslində çox ehtiyat edirəm, ona görə vaxtıda uzun müddətli düşünmüşəm. Mən ən yaxşısını etməyə məcburamartıq.