09 Yanvar 2024 11:25
1706
İQTİSADİYYAT

EKSPERT: “Yeni metro xətləri istifadəyə veriləcək”

Ən çox istifadə edilən nəqliyyat vasitələrindən biri də metrodur.  Nə qədər sürətli işləsədə sıxlığı hər zaman  sərnişinlər arasında narazılığa səbəb olur. Bir neçə metro stansiyaların açılması xəbəri metro sərinişinlərini əlbəttə, sevindirir.

Məsələ ilə bağlı Adalet.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov  yaxın iki il ərzində bir neçə stansiyanın açılışının  gözlənildiyini qeyd edib:

“2025-2039-cu illər ərzində yeni metro xətlərinin istifadəyə verilməsi, stansiyaların açılışının anonslarının edilməsi Baş planda göstərilmişdir. Məlumdur ki, 2025-ci ilə qədər təxminən 2 il var. Bu 2 il ərzində bir neçə stansiyanın açılışı gözlənilir.” 

2025-2039-cu illər ərzində Baş planda qeyd olunan 21 metro stansiyasının istifadəyə verilməsi məsələsi reallıqla səsləşir. Çünki, Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərdə müvafiq nəqliyyat infrastrukturlarını sıfırdan yığıb. Sözügedən  ərazilərə böyük maliyyə ehtiyatları birləşib.  Artıq həmin yerlərdə görülən işlərin təxminən 90%-i yekunlaşmaq üzrədir. Yerdə qalan işlər isə tikinti, quruculuq, abadlıq işləri olduğu üçün artıq əldə olunan gəlirlər  və ora qoyulan investisiyaların qayıtması paytaxtda və digər ərazilərdə işlərin görülməsinə dəstək olacaq. Qarabağ ərazisinə qoyulmuş investisiya geri qayıdacaq. 

Buna görə də hər hansısa işləri görmək dövlət üçün əlavə yük olmayacaq. Bu səbəbdən də digər stansiyaların tikilməsi və istifadəyə verilməsi daha çox reallığı əks etdirir.

Əntiqə Kərimzadə