adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7
24 May 2022 11:59
191
DÜNYA

Eks prezident vətənə xəyanətdə günahlandırılır

Moldovanın eks prezidenti İqor Dodon bir neçə cinayət maddəsi ilə, həmçinin vətənə xəyanətdə günahlandırılır. Bu barədə Moldova  baş prokurorıuğun mətbuat xidməti məlumat yayaraq bilrir ki, bu gün səhər tezdən  prokurorluğunun antikorrupsiya və təhlükəsizlik xidməti keçmiş prezidentin evində axtarışlar aparır.
  
"Axtarışlar, passiv korrupsiya, siyasi partiyaların kriminal təşkilatlar tərəfindən maliyəşməsi, vətənə xəyanət və qanunsuz varlanma maddələri ilə başlanan cinayət işi çərçivəsində aparılır"- deyə mətbuat xidmətinin məlumatında bildirilir.
  
İqor Dodon 2016-2020-ci illərdə Moldovanın prezidenti olub. 2020-ci ildə keçmiş deputat Yuri Renitse, 2019-cu ildə baş vermiş,  Dodonun zəngin bir biznesmen,  Demokratik partiyanın lideri Vladimir Plaxotnyuk və onun müavini Sergey Yaralovla görüşünün videolent yazısını yayımlamışdı. Yayımlanan videokadrlarda  Ploxatnyukun prezident Dodona paket verdiyi görentelənib. Deputat bildirir ki, həmin paketdə böyük məbləğdə pul var imiş.
  
2020-ci ildə Prokurorluğun antikorrupsiya idarəsi elan etmişdi ki, bu videokadrlarda nümayiş etdirilən görüntülərdə cinayət tərkibi aşkar edilmədiyi üçün cinayət işi qaldırmaqdan imtina edilib. Bu qərarı Kişinyov məhkəməsi qüvvədə saxlasa da, sonradan appelyasiya məhkəməsi bu qərarı ləğv edib.
 
 Hazırda Ploxatnyuk qanunsuz pul yuyulmasında, qanunsuz varlanmaqda və bank sistemindən milyard dollar çıxarmaqda ittiham olunur. Hadisə 2019-cu ilin iyun ayında, Dodonla görüşdən bir neçə gün sora baş verib və biznesmen qanunsuz olaraq ölkəni tərk edib.Kişinyov məhkəməsi bir neçə dəfə Pıoxotnyukun həbs olunmadı barədə order verib. Prokurorluq onun ekstradiyasını tələb edir.
  
Moldova oliqarxı barədə Rusiyada da 2017-ci ildə ölümə cəhd maddəsi ilə cinayət işi açılıb və şifahi olaraq həbs qəti imkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Bundan başqa digər moldovalı sitasətçi Renato Usatoma da qiyabi olaraq, Rusiyadan 500 milyard rubl çıxartmaqla bağlı ittiham irəli sürülüb.
 
 P.S... Sadəcə bir məsələ açıq qalır, Renato Usatom 500 milyard rublu Rusiyadan  cibində çıxarıb? Bəs Rusiyanın müvafiq orqanları hara baxırmış? 500 milyard rubl bir tırın yükündən də çoxdur axı...

Rüstəm Hacıyev