Ehtiyatı 112,5 ton təşkil edən Söyüdlü (Zod) yatağı QİSMƏN İŞİNƏ BAŞLADI
jpg-1686056636.jpg)
“Sərhəd kəndlərinin sakinləri normal həyat sürür, kənd təsərrüfatı işləri ilə məşğul olurlar. Azərbaycan silahlı qüvvələri tərəfindən açılan atəşin intensivliyi azalıb. Zod yatağının açıq sahəsində işlər dayandırılıb”.
Adalet.az xəbər verir ki, bunu Göyçə (Geqarkunik) vilayətinin qubernatoru Karen Sərkisyan deyib.
“Amma yatağın qapalı sahəsində işlər davam edir.Daha dəqiq, mədəndə işlər qismən yoluna düşüb “-deyə Sərkisyan bildirib.
Qeyd edək ki, Aprelin əvvəlindən işini dayandırmış Söyüdlü (Zod) yatağının ehtiyatları 112,5 ton təşkil edir. Beləki, 1997-ci ildə Kəlbəcər rayonda sahiblik edən Ermənistan Sənaye və Ticarət Nazirliyi Söyüdlü (Zod) yatağinin istismari üçün Kanadanın “First Dynasty Mines” (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib. 2010-cu və 2011-ci illərdə erməni şirkəti "Ararat Gold Recovery Company" tərəfindən Söyüdlü qızıl yatağından ildə təxminən 700 kq qızıl hasil edilib. .
Bizə də sirr deyil ki, dünyanın o başından gəlib, Zod qızıl yataqlarını talan edənləri bir çoxu da elə erməni kökənli milyonçular olub.Talanda “GeoProMining” şirkəti də vardı, həmçinin prosesə İsveçrə vətəndaşı olan erməni Vardan Sirmax adlı şəxs də cəlb olunmuşdu. V. Sirmax dünyada brend saatlar hesab olunan “Franc Muller” saatlarının istehsalçısıdır. Vejnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar həmin “Franc Muller” saatlarının işləmələrində istifadə olunurdu.
Əntiqə Rəşid
Digər Xəbərlər

İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimi keçirildi - YENİLƏNİB + VİDEO

Prezidentlər Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər - YENİLƏNİB

Qarabağın erməni sakinləri növbəti görüş bu ərazidə keçiriləcək

Qarabağda ələ keçirilən döyüş texnikası, silah və sursatın YENİ SİYAHISI

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Son siyahı: Ermənistana köç edənlər sayı nə qədər oldu?

Erməniəsilli vətəndaşların Bakıya səfəri təşkil edilə bilər
