adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Iyun 2017 22:17
19022
İQTİSADİYYAT

Əhalinin gəlirləri 7,3 faiz artıb

Yanvar-may aylarında əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 18613,9 milyon manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1917,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Adalet.az-a verilən məlumata görə, bu dövr ərzində gəlirlərin 86,7 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,8 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 17025,0 milyon manatlıq vəsait qalıb.