Əhalinin banklardakı əmanətlərinin həcmi azalıb
Fevral ayında yanvar ayı ilə müqayisədə banklardakı əmanətlərin həcmi 67 milyon manat azalıb. Banklardakı əmanətlərin həcmi 7.121.3 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmanətlər 10 faiz artıb.
Onu da bildirək ki, bu ilin əvvəlinə milli valyuta ilə əmanətlərin həcmi 4422,4 milyon manat, xarici valyuta ilə əmanətlər 2766,0 milyon manat olub.
Bu arada Əmanətlərin Sığortalanması Fondu 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırıb. Bu da əmanətlərin həcmində artımın bərpa olunacağını deməyə əsas verir.
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48