adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Oktyabr 2019 14:10
23278
GÜNDƏM

Əgər şagird burdan-bura məktəbə gedə bilmirsə, Çinə necə getsin? - Eminquey yazır

Biz adətən avtobus sürücülərindən şikayətlənirikki, avtobusu sürərkən özlərini Şumaxer kimi aparırlar. Bəzi avtobus sürücüləriniümumiyyətlə elə bil, türmədən bu dəqiqə çıxarıb gətirmisən. Bəziləri isə özləriniRoma cəngavərləri kimi hiss edirlər. Amma bu dəfəki şikayətimin məzmunu bir azməsumdur, uşaqcadır.

Özümün dərast gəldiyim, amma nədənsə yazmağı unutduğum bir hadisəni dostum Elçin Ağazadəninpaylaşımından oxudum. Səhər-səhər məktəbə gedən iki şagirdi 88 nömrəliavtobusun sürücüsü kartı olmadığına görə avtobusa minməyə qoymayıb. O məsumgülüşlü uşaqlar da yamanca pərt olublar. İndi deyərsiniz ki, valideynləri ouşaqların cibinə niyə kart alıb qoymayıb? Mən də deyirəm ki, bəlkə həqiqətənvalideynlərinin pulu yoxdur? Yaxud da ki, qoy pulları olsun, axı niyə məktəblilərdənpul alınmalıdır dərsə getdiyinə görə?

Məsələn, 6yaşına çatmamış uşaqlardan gediş haqqı alınmır. Buna söz yox. Gözəldir.Danmırıq, inkar etmirik. Amma elmə tələsən, öyrənməyə qaçan uşaqlardan yol pulualınmasa gözəl olmazdımı? Onsuz da məktəb xərcləri kifayət qədərdir. Bunungeyimi var, dəftəri, çartı-çurtu, yemək-içməyi var. Hələ mən fond pullarını,bayramlardakı hədiyyələri və s. bu kimi xərcləri demirəm. Yəni bu qədər xərciçrə o uşaqları yol pulundan azad etmək nəmənə şeydir ki? Yol pulundan qazancınazalacaq, amma savadlı gənclər çoxalacaq əvəzində. Baxın, bu gün o uşaqlaravtobusa minə bilmədiyinə görə aydındır ki, dərsə gecikdilər. Dərsə gecikdilərinəgörə də sinif yoldaşlarından geridə qaldılar. Bu da həmin uşaqların dərslərindəaxsamağına səbəb oldu. Əgər məktəblilər üçün gediş haqqı ləğv olunsa,hesablayaq görək nə qədər xərcdən azad ola ailələr. Bir uşağın əgər məktəbəgetməyi bir marşrutla həyata keçirsə, gediş və gəliş üçün gündə 60 qəpik, aydaisə 15 manata yaxın pul lazımdır. Nəzərə alsaq ki, yolu uzaq olanlar var, bu məbləğiki-üç qat artır. Yenə nəzərə alsaq ki, ailədə iki-üç uşaq var, bu məbləğdörd-beş qata çıxır.

Bizdən qabaqkınəsil, yəni Sovet insanları bu cür güzəştlər görmüş nəsildirlər. Onlar hərzaman universitetdən, məktəbdən SSRİ-nin müxtəlif istirahət mərkəzlərinə, şəhərlərinəgöndərildiklərini danışırlar.

İndininözündə qonşumuz, qardaş ölkə Türkiyə də tələbələrə, şagirdlərə bu cür endirimlərvar. Məsələn, istənilən tələbəyə müəyyən yerlərdə, kinoteatrlarda, nəqliyyatda,teatrlarda, muzeylərdə, hətta alış-veriş mərkəzlərində belə endirimlər var. Kiprdəoxuyan tələbələr üçün təyyarə biletlərində 15 faiz endirim var.

Bəzi ölkələrdədövlət hər bir tələbəyə kompensasiya ödəyir. Tələbələr bu kompensasiyalarınhesabına nəqliyyatın və digər şeylərin pulunu öz ciblərindən ödəmirlər.

Elə bizdə dəbu cür kompensasiyalar mövcuddur. Məsələn, məcburi köçkünlərə ayda əlavə çörək vəkommunal ödəniş üçün 60 manat pul verilir. Bəs, yaxşı, nə üçün bizdə okompensasiyadan tələbələr, şagirdlər üçün yoxdur?

Rayonlardanşəhərə oxumaq üçün gələn gənclər bilirsinizmi nə qədər əziyyət çəkirlər? Evkirayəsinə pul ödəmək üçün məcbur olub dərsdən sonra işləməli olurlar. Ki, buda tələbə üçün çox ağır həyat tərzidir. Niyə yataqxanaların sayı azdır? Elə təhsilmərkəzləri var ki, yataqxanalarını pulludur.

Bu yaxınlardaBDU ilə üzbəüz bir dönərçidə bir elan gördüm:

- Bir dönər alan tələbəyə biri də pulsuz.

Tələbəbiletini göstərirsən, vəssalam!

Özəlsahibkarın bu addımı alqışlanmalı deyilmi?

Bütünbunları aradan qaldırmaq üçün bir təklifim var. Universitetlər tələbələrinoxumaq üçün ödədikləri pulun cüzi bir qismini tələbəyə qaytarsınlar. Yəni eləbir məbləğ qaytarılsın ki, tələbə o pulla ev, yol pulu, yemək pulu dərdi çəkməsin.Dövlət hər bir şagirdə aylıq müəyyən məbləğdə, lap elə məsələn, minimum götürsən60 manat civarında kompensasiya ödəsin.

Gözəlolmazdımı?

Bəs yaxşı, "beşikdən qəbr evinə kimi öyrənin”deyimini sinif otaqlarından asmaq nəyə lazım? Yaxud "elm Çində də belə olsa,gedin” deyib müdrikanə baxışlarla tələbəyə, şagirdə ağıl vermək nəyə lazım?

Əgər şagird burdan-bura məktəbə gedə bilmirsə, Çinənecə getsin?