"Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?" - Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov I sinfə qəbul zamanı uşaqların müsahibə olunaraq məktəbə qəbulu məsələsinə narazılıq edib.
Adalet.az-ın məlumatına görə, komitə sdəri parlamentin bugünkü plenar iclasında “Təhsil haqqında” qanuna təklif olunan dəyişiklərin müzakirəsi zamanı bildirib ki, ölkədə 9 illik təhsil icbaridir.
Onun sözlərinə görə, şagird məktəbə dərs öyrənmək üçün gəlir: “Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir? Vaxtı ilə çar Aleksandr manifest qəbul etdi və insanları evindən dartıb məktəbə gətirirdi. İndi isə istəyirlər ki, insanlar məktəbə gəlməyib evdə otursun".
Digər Xəbərlər
28 Sentyabr 2026 18:42
Gədəbəy rayonuna icra başçısı təyin olundu
28 Sentyabr 2026 18:41
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
28 Sentyabr 2026 18:40
Naftalan şəhərinə icra başçısı təyin olunub
28 Sentyabr 2026 18:22


Bakı -°C

