adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Fevral 2020 11:19
28939
ŞOU-BİZNES

Əfsanəvi Spartak vəfat etdi

Hollivud ulduzu,çoxsaylı rollarla məşhur olan və sevilən Kirk Duqlas 103yaşındadünyasını dəyişib.

Adalet.az xəbər verirki, bu barədə onun oğlu, məşhur aktyorMaykl Duqlasa istinadən"People”jurnalını bildirib.

"O, bütün dünya üçün əfsanə, kinonun qızıl əsrindən aktyoridi”, – Maykl Duqlas deyib. Onun sözlərinə görə, Kirk Duqlas həyatını çox gözəlyaşayıb və kinematoqrafiyada gələcək nəsillərə miras qoyub.

Kirk Duqlas (İser Daniloviç-əslən ukraynalıdır) kinoda çoxsaylı rollarla məşhurdur.O, "Spartak” və "Detektiv tarixi” filmlərində rol oynayıb.

Kirk Duqlas on kitab yazıb. Əfsanəvi aktyor kinematoqrafiyatarixində ən məşhur və uğurlu kişi aktyorlardan biri hesab edilir.

Qeydedək ki, aktyor üç dəfə "Oskar” mükafatlarına layiq görülüb. O, 1996-cı ildə "Oskar”ın fəxri mükafatını qazanıb.

Əntiqə Rəşid