adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Dekabr 2018 11:58
41127
ANALİZ

Efirlərdə səslənən qüsurlu cümlələrlə necə mübarizə aparmalı? - SORĞU


Adalet.az saytında Seyran Səxavətin Azərbaycandilinin problemləri ilə bağlı yazısı dərc olunub. Yazıda tanınmış yazıçı hesabedir ki, televiziya, radio və saytlarda qüsurlu cümlələr, Azərbaycan dilinə yadolan ifadələr işlənir. Yazıda müəllif qeyd edir: "Birinci növbədə, Azərbaycandilinin kövrək ərazisinə diqqət yetirsək vəziyyətin ürəkaçan olmadığını görəcəyik.Əgər siz də mən baxan tərəfdən baxsanız, qarşınızda nəhəng döyüş meydançasınıxatırladan bir görüntü açılacaq: mühasirədə qalan və mühasirəyə alanlar.

Gəlin hər şeyi öz adı ilə deyək: mühasirədə qalanAzərbaycan dilidir. Mühasirəyə alanlar isə aşağıdakılardır:

1. Televiziyalar.

2. Radiolar.

3. Saytlar.

4. Mətbuat.

Və bu dördlüyün içində saysız-hesabsız verilişlər,məqalələr, tərcümə olunmuş filmlər, təzə çəkilmiş milli seriallar, reklamlar,idman şərhçiləri, rusdilli azərbaycanlılar, hüquq-mühafizə orqanlarının dili,tibb işçilərinin dili, bəzi yüksək çinli məmurlar, xarici dillərdən gələn sözlər,Türkiyə türkcəsindən gəlmələr, mahnı sözləri, bəzi orta məktəb dərslikləri,prezident fərmanı ilə çap olunmuş nağıl kitabları və s.

Və yuxarıdakı dördlüyün içində sadaladıqlarımıniçində də saymaq istəmədiyim saysız-hesabsız nüanslar…

Sözümün canı odur ki, bu mühasirəni yarmaq çox çətinolacaq”.

Seyran Səxavət dil qurumlarını, yazıçıları, alimləri,dilçiləri bu məsələdə həssas olmağa çağırır.

Adalet.az yazıçı Seyran Səxavətin sözügedənyazısındakı çağırışının aktual olduğunu nəzərə alaraq sorğu keçirib. Sorğununnövbəti hissəsini təqdim edirik.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlidildə yaranan problemlərin səbəbini araşdırmağı təklif edib:



"Mən ömrünü ədəbiyyata,yazıya həsr etmiş Seyran Səxavətin, bizim böyük yazıçımızın məqaləsini çox ürəkağrısıilə oxudum. Faktlar o qədər dəqiq və üzücüdür ki, adam bilmir, buna necəmünasibət bildirsin. Əlbəttə, bu nöqsanlar barədə davamlı danışılır, amma artıqyazıçıların da məsələ ilə bağlı dilə gəlməsi onu göstərir ki, ana dilininekranlarda, saytlarda işlədilməsi bərbad hala gəlib çıxıb. Yəni bunların hamısınəticədir. Səbəb nədir? Mənə elə gəlir ki, səbəbin biri, istər televiziyada, istərradioda, istər saytlarda qeyri-peşəkarların, biganələrin, ana dilini bilməyənlərin,onu hiss etməyənlərin, məsuliyyətsiz adamların çoxalması, hər hansı mediaqurumunda toplaşmasıdır. İkinci ciddi amil, ciddi qüsur media qurumlarında rəhbərliyinzəif təmsil olunmağındadır. Vaxtıilə media qurumlarına savadlı, mütaliəli, təhsilli,dili bilən, intellekti yüksək adamlar rəhbərlik edirdi. O rəhbərlər dilnənbağlı məsələlərdə həddindən artıq tələbkar yanaşırdılar. Amma baxın, bu günbizim televiziyaların, saytların əksəriyyətinə kimlər rəhbərlik edir. Bunlarhamısı məsuliyyətsizliyin azlığı və tələbkarlığın yoxluğu ilə əlaqədardır”.

Yazıçı Şərif Ağayar hesab edir ki, bu məsələdə çoxmühafizəkar olmaq lazım deyil: 



"Dilə inzibati nəzarət mümkün deyil. Bunu ictimai təşkilatlar, xüsusilədə Azərbaycan Dil Qurumu həyata keçirə bilər. İctimai qınaq, tövsiyə və təkliflərverə bilər. Məncə, bu məsələdə çox mühafizəkar olmaq da lazım deyil. Bir az darahat buraxmaq lazımdır. Dil yeniliyə və dəyişikliyə hazır olmalıdır. Bizimmüasir intonasiyalı şəhər dilimiz formalaşmayıb.Proses getməlidir gec-tez və hörmətli Seyran müəlliminhaqlı olaraq toxunduğu problemlər üzə çıxacaq həmişə”.

Tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı efirdə dilnormalarını pozan aparıcılar olduğunu deyib:



"Efirdə dil normalarını aşan aparıcılar kifayət qədərdir...Hörmətli yazıçı fikirlərində çox haqlıdır... Efirdə dil normalarının pozulmasıayıbdır və qətiyyən olmaz... Səbəb mütaliəsizlikdir... Düzgün cümlə qurmaq, xəbərin,mübtədanın yerinin bilinməməsi savadsızlıqdır. Evdə istədiyin kimi danışa bilərsən.Efir insanları yönəldən, maarifləndirən məkandır. Mənim özümdən asılı olmadan dediyimyanlış cümlələri istər-istəməz beynimdə redakte edirəm”.

Yazıçı Mirmehdi Ağaoğlu deyir ki, Seyran Səxavətinyazısı dil komissiyasına köməklik edə bilər: 



"Seyran müəllimin yazısını oxudum. Onun iradları ilə razıyam. Məncə yeniyaradılan dil komissiyası elə Seyran Səxavətin yazısı üzərində öz tezisləriniqura bilər”.

Yazar Cəlil Cavanşir redaktor institutununolmamasını əsas səbəb kimi göstərir:


 

"Efirlərin ən ciddi problemi, proqramlarda peşəkarredaktorların olmamasıdır. Sponsor tapan, özünə proqram açır. Təəssüf ki, buproqramlarda ciddi redaktorlar çalışmır. Televiziya sahəsini kifayət qədəryaxşı bilən redaktorlarımız var, işsiz-gücsüz qalıblar. Eyni tendensiyasaytlarda da müşahidə olunur. Sadəcə İP artırmaq barədə düşünən media menecerlərisaytlarda redaktorluq edir. Əksər saytların da ciddi redaktora ehtiyacı var.Seyran Səxavətin fikirlərinə qatılıram, bu mühasirəni yarmaq lazımdır. Saytlar,televiziyalar, radiolar ciddi redaktorlara etibar ediləməlidir”.

Yazıçı, TEAS Press Nəşriyyat evinin redaktoru ƏyyubQiyas bu problemi həll etməyin çox sadə yolu olduğunu söylədi: 



"Seyran müəllim öz əsərlərində dilin bütün gözəllikləriniqorumağa çalışan adamdır.Sözün həqiq mənasındadil məsələsi reanimasiyaya düşmüş xəstə taleyinə çevrilib.Deyildiyi kimi televiya bunun əsas obyektidir.Mübarizənin çox sadə yolu var. Teleradio şurasında diktor seçimi komissiyasıyaradılsın və oradakı seçimlərdə mütəxəssislər iştirak eləsinlər. Bu baxımdamAZ.Tv-nin təcrübəsinə istinad eləmək olar. Diktor və aparıcıların lisenziyasınıteleviziya rəhbərləri yox, həmin o məxfi komisiyya versin. Dil qaydalarınıpozanlar cərimələnsin.Və bu tələblər sadəcəteleviziyalarda deyil, bütün dövlət qurumlarında da gözlənilsin. Bu gün dövlətqurumlarında Azərbaycan dilində danışmaq istəyən çox azdır. Dəhlizlərdən vəotaqlardan daha çox rus sözləri eşitmək olur. Danışanlar da bərbad danışırlar. Nazirindəntutmuş jek müdirinə qədər də hər kəs danışıq dilinin tələblərinə cavab verən səviyyədəolmalıdır.

Redaktor, Xarici Dillər Universitetinin mətbuatxidmətinin rəhbəri Ağa Cəfərli hesab edir ki, söz sırasının pozulması adi halaçevrilib: 



"Deməli,bir neçə ildir ki, yerli telekanallara baxmıram. Amma harasa qonaq gedəndə,yaxud kafedə çay içəndə istər-istəməz aparıcıların dediklərini eşidirsən,etdikləri hərəkətləri görürsən. Seyran müəllim öz yazısında dəqiq məqamlaratoxunub. Həqiqətən də söz sırasının pozulması adi hala çevrilib, ümumiyyətləbuna fikir verən yoxdu. Yaxud mahiyyəti eyni olan sözlərin yanaşı işlənməsinəefirdə hamı adi hal kimi baxır. Aparıcılar həmişə "ilk öncə" deyir,halbuki bu sözlərin birindən istifadə etmək doğrudur. Və yaxud deyirlər: "yüzlərləinsanlar”. Halbuki Azərbaycan dilinin qaydalarına görə, ikinci sözdəki cəm şəkilçisinəehtiyac yoxdur. Dilin məntiqi bunu tələb edir. Televiziya aparıcıları, eləçoxumuz da "hal-hazırda" deyirik, ancaq burada "hal"sözünün heç bir funksionallığı yoxdur, ona görə də "hazırda" demək vəyazmaq daha doğrudur. Belə nümunələr həddindən artıq çoxdur. Mən sadəcə dərhalyadıma düşənləri misal çəkdim. Seyran müəllim öz yazısında çoxlu nümunələr gətirib,bu yazını diqqətlə oxuyub ciddi nəticələr çıxarmaq lazımdır. Mənə elə gəlir ki,aparıcıların çoxu üst-üstə 3 kitabı dalbadal oxumayıb, problemin kökü dəburdadır”.


Gənc yazar, redaktor Hikmət Nazim Seyran Səxavətinyazısı ilə həm razılaşdığı, həm də razılaşmadığı məqamları açıqlayıb: 



"Seyran müəllim deyir, televiziya işçiləriniattestasiyadan keçirək. O zaman ortaya belə bir sual çıxır: 4 il dalınca ayaqdöydükləri diplomları onlara niyə veriblər? Mən heç o müəllimlərin də,mollaların da attestasiyadan keçirilməsinə razı deyiləm.

Qüsurlu cümlələrə gələndəisə onlarla mübarizəni ancaq işə götürən kanal rəhbərliyi, redaktorlaraparmalıdır, başqa yolu yoxdur. Kanal rəhbərliyi yaxşı redaktor dəvətetməli, o redaktor isə işlədiyi müxbirləri "yonta-yonta" adam eləməlidir”.



Digər Xəbərlər