Ədliyyə Nazirliyi müsabiqə elan edib
Ədliyyə Nazirliyi ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə elan edilib. Adalet.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən məlumatına görə, ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin komplektləşdirilməsi üçün peşəkar kadrlara olan ehtiyacı nəzərə alaraq yeni açıq müsabiqə elan edilib.
Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunub.
Qeyd edək ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir.