"Ədəbi gənclik məişətə ilişib qalıb" - Həmid Herisçi

"İndiki ədəbi gənclik, məişət lövhələrinə, dialoqlarına, qəhrəmanlarına çox taxılıb. Adi yaşantını, öz kasıb güzaranını mətnə köçürüb guya ədəbiyyat və əbədiyyat qazanacaq. Məişət lövhələri, bəli ədəbiyyat üçün vacibdi. Ancaq həmişə detaldı. Xırdalıqlardı. Naxışlardı ancaq".
Adalet.az xəbər verir ki, aparıcı, yazar Həmid Herisçi müasir dövrün ədəbi gəncliyindən gileylənib. O, gənclərin yazdıqlarının məişət mövzusundan kənara çıxmadığını vurğulayıb.
"Real sirri olmayan ədəbi mətn, ilk növbədə ədəbiyyata çevrilməyəcək. Ötəri bir əsər olacaq, azca tirajlanacaq, vəssəlam.Səs-küy də yarada bilər arada. Canında real, diri sirr, məxfilik yaşadan mətn isə, yox, dəfələrlə diriləcək.
Çin sədlərini, xalqları, ədəbiyyatları aralayan tikanlı məftilləri aşacaq. Bircə həmləsi ilə, vəssəlam. Bu səbəbdən Məlik Məmməd nağılı, yunan əsatirləri ölməzliyə malikdi. Şifrələr, sirlərlə doludurlar axı.Ədəbi mətn, həm də interteksuallıq istəyir. Yəni, mütləq bir başqa məlum mətnlə daxili gizli dialoqda olmalıdır.
Şəkildə gördüyünüz, göyərçinlərin su qabıdır. Bakı quşbazlarını ixtirasıdır. Əl işidir. Həndəsəsi mükəmməldir. Miqyasını böyüt, riyazi ölçülərini artır, vəssəlam. Nümunəvi memarlıq nümunəsi qazanacaqsız. Kiçik ölçülü modelləri, mətnləri bax beləcə qısası, qədim, müasir mətnlərdə axtarıb tapın. Sonra miqyasını genişləndirin. Gözünüz iti olsun. Sirlər, aşkarda gizlədilib".
Emin
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
