adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Fevral 2018 18:08
18955
ƏDƏBİYYAT

ƏDƏBİ ADLAR: Cek London

Onu yaşamaq uğrunda mübarizənin ən gözəl təsvir ustadı hesab edirlər.İnsanın ölümlə üz-üzə dayandığı o son məqamda ölüm mələyinə yenilməyən, bütüngücünü toplayıb dişi-dırnağı ilə savaşan, sonuncu nəfəsini belə boşa almayan qəhrəmanlarınyaradıcısı Cek London... Çünki o özü həyat eşqini elə anasının bətnindəcə öyrənmişdi.1875-ci ildə ABŞ-da böyük qalmaqal qəzetləri "bəzədi”. Tanınmış astroloq,professor Ulyam Çeyninin nikahsız yaşadığı qadın hamilə idi. Uşağı qətiyyən qəbuletməyən professor onun dünyaya gəlməməsi üçün çox cəhd etdi. Amma alnına məşhurluqyazılmış bu körpə dünyaya gəldi, doğma atadan görmədiyi şəfqəti sonralaratalığından gördü, yoxsul ailəsini dolandırmaq üçün 10 yaşından çalışdı, məktəbiyarımçıq tərk etməsinə baxmayaraq özbaşına hazırlaşıb universitetə daxiloldu... Biz sözlə, qələmə aldığı "Həyat eşqi”ni qəhrəmanından öncə öz üzərindəsınaqdan keçirdi. Elə buna görə də mübariz qəhrəmanları öz gerçəkliyi, həyatiliyioxucunu inandırdı. Bəlkə də oxucu inamından idi ki, dönəmində kitabları ən çoxsatılan, naşirlərin təqiblərinə tutulan bu yazıçı Amerikanın ilk milyonçuyazıçısı kimi tarixə düşüb. Təkcə Amerikadamı? Təsəvvür edin, keçmiş SSRİ-dəHans Andersendən sonra ikinci ən çox oxunan və kitabları təkrar-təkrar nəşrolunan qərb yazarı olub. Elə çar Rusiyasında da şöhrəti dünyanı dolaşan ədiblərindiqqətini çəkmişdi: Lev Tolstoy, Yesenin, Maksim Qorki və başqaları öz şəxsikitabxanalarında Londonun bütün kitablarını həvəslə toplayırdılar. Deyilənə görə,Lenin bu yazıçının əsərlərini o qədər sevirmiş ki, ölüm döşəyində belə onun əsərindənbir parça oxumasını istəmişdi. Nəinki yaşadığı dönəmdə elə günü bu gün də Azərbaycandaxil, dünya nəşriyyatlarında Cek London yaradıcılığına dəfələrlə müraciətolunur. Cəmi 17 illik yaradıcılıq dövründə keçmiş avara, əyyaş, avantürist 20roman, 3 pyes, 200 hekayə dünya ədəbiyyatına miras qoyub.

Gördüyü ağır işlərdən, çəkdiyi əzabdan sonra anlayır ki, arzuladığı həyatasahib olmaq, yəni bir sinif atlayıb kübar cərgəyə daxil olmaq üçün əllə yox,beyinlə qazanmaq lazımdır. On səkkiz yaşındaykən yazıçı olmağa qərar verir. Qərarverməklə yazıçı olmaq mümkündürmü? Elə Cek Londonun də əsas məziyyəti bu idi:qafaya qoydumu, mütləq hədəfə çatmalıdır. Hər halda müəllimsiz, məktəbsizKaliforniya Universiteti kimi böyük təhsil ocağının tələbəsi olan keçmişbrokonyer üçün yazıçı olmaq da müşkül deyildi. İyirmi üç yaşından etibarən ədəbiyyatapeşəkar olaraq qədəm basır, dayanmadan oxuyur, yazır, ta istədiyini qələmdənalana qədər kirpiyi ilə od götürür. Bir-birinin ardınca yazdığı romanlar,povest və hekayələr toplusu ilə diqqəti öz üzərinə çəkir. Güclü, fiziki əməyin,zəhmətin nə olduğunu bilən bu cavanın kitabları sobadan çıxmış isti çörək kimiqoxusu ilə valeh edir. Xüsusilə yaşadığı dövrün "qızıl sətəlcəmi” – Alyaskaqızılı uğrunda güclü rəqabət və onun insanlığa verdiyi ziyanı o qədər səhih təqdimedib ki, onun kitablarını bu soyuq ştatda oxuyanların çoxu qızıl arzularınıyarımçıq qoyaraq həsrət qaldıqları ailələrinə, doğma yurdlarına geri dönüblər. EləCek Londonun özü də qızılaxtaranların izi ilə Alyaskada heç də az soyuq tərtökməyib. Ümidləri və əli boş qalsa da, qələmi rəngarəng mövzularladolub-daşıb. Özünə xeyli qonorar, ədəbiyyata isə qızıl dəyərində yeni əsərlər bəxşedib: "Smok Belyu” hekayələr toplusu, "Canavar oğlu”, "Həyat eşqi”, "Qar qızı”,"Şaxtanın uşaqları” və b.

Cek London xaricən güclü kişi olduğu kimi xasiyyətcə də mühafizəkaridi. Onun həyat devizinə baxanda soyuq qərblidən çox, istiqanlı şərq kişisinixatırlatdığını görmək olar. İki dəfə evli olan Londonun həyat yoldaşlarındaniki tələbi olub: Onun "sola getməy”inə qarışmasınlar və mütləq onu oğul atasıetsinlər. Amma arvadları heç birinə əməl etməyib. İlk həyat yoldaşı (öləndostunun nişanlısı olub) ona iki qız övladı verib, özü də ərinin "sol” yolunusağa döndərmək üçün əlindən gələni edib. Bu evlilikdən boğaza yığılan London ikincidəfə aşiq olduğu qadınla evlənsə də o da birincini təkrarlayıb. Əriniaddım-addım təqib edib, pərəstişkarları isterikcəsinə uzaqlaşdırıb. Üstəlikdünyaya gətirdiyi bir qız övladı da xəstə doğulduğundan tələf olub. Kənardasevgi axtarışına çıxan Londonu içkiyə yenidən qurşanmağa vadar edən oğul atasıola bilməmək idi. Bu da onun yaradıcılığına çox təsir edirdi. Yaradıcılıqböhranı o qədər artmışdı ki, vaxtilə gündə 15-17 saat yazan adam artıq bir cümləqurmaq iqtidarında olmurdu. Bir tərəfdən də ona zülm verən böyrək ağrılarısağalmaq bilmirdi. Ağrı və fikirlərini azaltmaq üçün morfiyə üz tutmuşdu. Eləölümünə də bu səbəb oldu: bəziləri onun bilərəkdən artıq dozada morfi iynəsivuraraq intihar etdiyini düşünsələr də, əslində o, dözülməz ağrını yatırmaqüçün buna əl atmışdı. Morfi də onu arzusuna çatdırdı: əbədi dincliklə təminetdi.

Cek London həm də publisist idi. Ölkəsinin nüfuzlu qəzetlərindəvaxtaşırı məqalələrini dərc etdirirdi. Bu məqalələrdə əsas xətt "Mən” obrazıidi. London yalnız və yalnız özündən yazır, özünü tərənnüm edir, fikirlərini təbliğedirdi. Məsələn: "Mən necə sosialist oldum”, "Həyat mənim üçün nə deməkdir?”,"Siniflərarası mübarizəyə münasibətim” və s. Bundan başqa onun hərbi jurnalist fəaliyyəti də olub.

Yeri gəlmişkən, Londonun sosialist olmasına səbəb də məhz siniflərarasımübarizə idi. Kasıbların həddən artıq işləməsinə rəğmən yenə də yarıac qalması,uşaq əməyi, aşağı təbəqəyə laqeyd münasibət yazıçını daim narahat edib. O, çoxağır bir dönəmdə yaşayırdı, üstəlik ən kapitalist ölkə olan Amerika vətəndaşıidi. Cek haqlı idi: "Amerikada hər şey kapital idi – canlı-cansız hər şeysatılırdı. Quldarlıq əslində qanunla ləğv olunmuşdu, amma zənginlərə köləlikdavam edirdi”. Sosialist olmaqla sistemi dəyişə bilməyəcəyini anlayırdı, amma ənazından əsərlərində kapitalistləri doyunca söyə bilirdi. Londona görəkapitalistlər bütün insani duyğulardan məhrumdurlar. Onların tək bir hissiyatıvar: o da pul hissiyatı. Amma ömrünün sonlarında Sosialist partiyasını da tərkedib. Sosialistlərin "Döyüş ruhu”na, sinfi bərabərlik arzularına inamınıitirdiyi üçün bu addımı atıb. Yazıçı təəssüflə etiraf edirdi ki, sosialistlərinçoxu pul qazanmağın yolunu bilməyən fəhlə sinfidir. Onların da əlinə pul və vəzifədüşəndə bərabərlik heç yada da düşmür. Tarazlığı ilk olaraq beləsonradangörmüşlər pozurlar. Özünün "Martin İden” romanında (rus dilinə ilk dəfəMaksim Qorki tərcümə edib) bu mövzuya ətraflı toxunub. Çoxları bu romanınavtobioqrafik olduğunu düşünür: bəlkə də baş qəhrəmanın yazıçı olaraq zənginləşməsinəgörə belədir. Əslində Cek heç vaxt Martin kimi sevgi uğruna üzüyola olmayıb,onun sinif atlatma istəyi sevgi naminə deyil, sırf kapitalistlərin gözünün içinədik baxma təkəbbürü idi. Doğrusu, hər bir yazıçı yaratdığı qəhrəmana özündən nəsəköçürür, özünü qismən də olsa onda görür. Cek London da həmçinin.

Bir sözlə, yazıçı-döyüşçü, güclü insan, Qərbin ilk proletar yazıçısıCek London həm ölkəsi, həm də dünya ədəbiyyatı üçün forma, novatorluqbaxımından böyük xidmət göstərib. O ədəbiyya öz mövzusu ilə gəldi, kimisə təkrarlamadı,təsirlənmədi: Şimalın soyuqluğunu isti qəlblərdə əridə bildi. Dünyanın bütünsivil ölkələrində hər kəs bu yazıçını uşaqlığından tanıyır. Çünki bütün ədəbiyyatdərsliklərində Londona geniş yer verilib. Pedaqoqlar hesab edirlər ki, böyüməkdəolan nəsil üçün insani duyğularla, həyata iki əllə sarılmaq, mübarizə aparmaqlabağlı Cek Londonun əsərləri bir örnəkdir. İnsanlıq üçün, yoxsullar, həyatdanümidini üzənlər üçün savaşdı, hətta özü özüylə mübarizə apardı, amma canıylabacarmadı. Həbsxananın, məhrumiyyətin, müharibənin yıxa bilmədiyi güclü kişiniböyrəkləri yıxdı...


Şəfiqə ŞƏFA