adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Iyul 2016 00:01
17423
GÜNDƏM

“Ədalət”- 26

Düz 26 il bundan öncə dünyaya, daha dəqiq desək, söz məkanına "Ədalət” adı ilə gəldik. Və düz 26 ildir ki, bu adı qoruyuruq. Gələndə bizimlə bu yola çıxan bəzi həmkarlarımız indi haqqa qovuşub. Bəziləri başqa media orqannlarında yollarını davam etdirir. Biz isə yenə millət vəkili Aqil Abbasın təsisçiliyi və yazıçı-publisist İradə xanım Tuncayın rəhbərliyi altında əvvəldən seçdiyimiz yolu davam etdiririk. Bu "Ədalət”in yoludur və bizim yolumuz BAYIL-dan yol ƏDALƏT-dən başlayır. Oxuculara doğru "Ədalətlə” də gedirik. Onların dəstəyi ilə də hələ çox gedəcəyik.