Əbulfəz Qarayev: "Biz maraqlıyıq ki, ölkəmizdə daha çox üç ulduzlu otellər tikilsin"

"Azərbaycanda, o cümlədən Bakıda üç ulduzlu otellərin tikintisi stimullaşdırılır. Biz maraqlıyıq ki, ölkəmizdə daha çox üç ulduzlu otellər tikilsin. Çünki onların qiymətləri daha münasibdir”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, dövlət bu sahəyə müəyyən güzəştlər tətbiq edir: "2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar üç ulduzlu otellərin sayının artırılması istiqamətində bir sıra planlar mövcuddur. Ehtiyac yaranarsa, otellərlə yanaşı Bakıda bir neçə müvəqqəti yerləşmə məkanlarından da istifadə olunacaq”.
Ə. Qarayevin sözlərinə görə, Bakıdakı otellərdə yataq yerlərinin sayı 15 minə qədərdir. Bunun altı minə yaxını 4-5 ulduzlu, qalan yerlər isə daha kiçik ulduzlu otellərin payına düşür.
Digər Xəbərlər

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib

Çoxuşaqlı ailələrin müavinəti 35 manat artdı

Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda - FOTOLAR

Sabah 37° isti olacaq

Bu gün Milli Qəhrəman Allahverdi Bağırovun şəhid olduğu gündür

Tikintiyə icazə verilməsinə dair yeni qaydalar tətbiq ediləcək

Bu torpaq sahələrinə dair tənzimləmələr aparılacaq
