Əbülfət Mədətoğlu "Yuxuların şirin vaxtı"-ndan yazdı

Şair İnqilab İsaq məmləkətin Gəncəbasar bölgəsində yaşayır, yazıb yaradır. Ölkənin baş kəndindən uzaqda sözün xidmətində dayanan şair qələmə sarıldığı bu illər ərzində həmişə özünə və sözünə sadiq qalıb. Belə ki, onun bütün şeirlərindəki rəngarəngliyi bir məqam, yəni bir kəsişmə nöqtəsi həmişə müəllifi təqdim edir. Şerin ümumi HAVASI onun kimə aid olduğunu, kimin qələmindən puçurladığını büruzə verir.
Təbii ki, bu mənim özəl qənaətimdi və ədəbiyyatşünasların haqqına girmədən İnqilab İsaqın daimi oxucusu olaraq bu münasibətimi sərgiləyirəm. Elə yazı masamın üstündə qərar tutub tez-tez həmsöhbətim olan " Yuxuların şirin vaxtı" da məni öz qənaətimi yazıya köçürməyə həvəsləndirdi... İsti yay günlərində İnqilab səmimi avtoqrafla bağışla son kitabını mənə... Həmin gündən də vaxtaşırı pıçıldaşırıq...
Getdiyim, yetdiyim mənzil qarşıda...
Yuxular gecəmə duzlanmış yara.
Sözümü sağlıqla yaşamaq üçün -
Ömür köçürürəm bu misralara.
Və yaxud :
Arxanca su atıram
Buludlanır dualar.
Nə yaxşı sabahları
Durub, bir gözləyən var.
Üç bölümdən ibarət olan kitabda şair hər birimiz üçün önəmli ola Vətən, şəhid, qazi , eləcə də sevgi mövzularını şeirlərə hopdurub. Ona görə də ,oxucu bu kitabda mövzu sıxıntısına, bir az da dəqiq ifadə etsəm bir rəngə tuş gəlmir. Məhz bu da ona göz, könül rahatlığı bağışlayır.:
Şəhidlər - böyüdülmüş şəkillər!
Asılıb
günəşin, torpağın
yaxasından...
Və yaxud:
Oyadacaq buludları -
İçəcək, içəcək - Torpaq!
Bir gün...
göyərəcək,
göyərəcək, bütün ayrılıqlar
və göz yaşları...
İnqilab İsaqın son kitabı ilə olan bu qısa . lap elə atüstü söhbətimin sonunda bir daha əminliklə demək istəyirəm ki, Gəncəbasarda BİR ŞAİR SÖZÜNÜ MİSRALARA ÇEVİRİR ! Və bizim üçün yazır :
Oxumaq çətindi...sual, cavablar
Yaman bir-birini edir ittiham.
Hər sözün, kəlmənin qərib işığı -
Sinənin altında verir imtahan
Mən bu misraların müəllifinin imtahandan uğurla keçdiyinə əminliklə inanıram !
Digər Xəbərlər

“Söz”ün Sevdası

Millət vəkili, yazıçı Aqil Abbasla görüş keçirilib - REPORTAJ

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır
