Əbülfət Mədətoğlu: Xatırladar

Söykəndiyim qaya qopub, daş qopub
Nəriltisi yeri, göyü titrədir...
Kipriyimin ucunacan yaş hopub -
Anlamıram, heç bu necə fitrədir?!.
Bu gördüyüm bəd üzüdü həyatın
Kimsə boğur sanki məni tək əllə...
" Baxıb gedər" pıçıldayan bayatım -
Sən dilimdə qırıq-qırıq kəkəllə...
Sanki gəzir ruhum indi hər yanı,
Xəyalımda körpülüdü dağ, aran...
Çəkib gecə gözlərimə al-qanı -
Ya bəlkə də , dan yeridi ağaran!..
Acısın da sıxıb içdim günlərin
Bir çiçəyin, bir gözəlin adına...
Arasında dolaşanda güllərin
Bir kəpənək salar məni yadına...
Digər Xəbərlər

Şəlalə Camal: Qarğa

Vəzifə şirəsi - Pərvanə BAYRAMQIZI yazır

İçində Günəş yoxdusa... - Esmira İsmayılova yazır

Əlirza HƏSRƏT: BURAXMADILAR

Məmməd İsmayıl vəfat etdi

Şabranda Qulu Ağsəsə həsr olunmuş poeziya axşamı
jpg-1755508029.jpg)
S.Yeseninin "Şəhanə"si kimdir?-Ermənilərin uydurduğu "Şahanə Talyan"?
