Əbülfət Mədətoğlu: Xankəndinin dan üzü
                            Mənə elə gəlir ki,
burda səhər -
tamam fərqli açılır...
Yarıyuxulu şəhər
gözəlliyinin
özəlliyini
Göz də gözdən qaçırır -
Xankəndində!
Mənə elə gəlir ki
Şuşanın
ovuc-ovuc səpdiyi
ulduzlar-
Səmasına çəkdiyi,
ürəyində əkdiyi
Və
Hər səhər azanında
çinar tək dikəltdiyi
oğullardı, nur saçır-
Xankəndində!
Mənə elə gəlir ki,
bu geniş, həm kəsişən
küçələr
Büründüyü yaşılığın -
gül - çiçək qoxusunu
içindən
Gecələrin
bal kimi yuxusunu
Açılan səhərin nağılına daşıyır!
Adamlar da,
elə şəhər də -
NAĞIL ÖMRÜ YAŞAYIR -
Xankəndində!
30.10.2025
Digər Xəbərlər
        
        04 Noyabr 2025 15:08
    
    Bizdən nə desən gözləmək olar... - Aqşin Yenisey yazır
        
        04 Noyabr 2025 11:01
    
    Həcər Atakişiyeva: SEYİD ƏZİM ŞİRVANİNİN DÜNYAGÖRÜŞÜ
        
        04 Noyabr 2025 10:59
    
    ANALARIN İZLƏRİ GÖYƏRDƏN GÖZ YAŞLARI
        
        04 Noyabr 2025 08:28
    
    Büstün Qarabağda qoyulsun gərək
        
        03 Noyabr 2025 14:43
    
    Hamının yerinə ayrılıq yaşayan adam- Əntiqə Kərimzadə yazır…
        
        31 Oktyabr 2025 19:09
    
    “ALTI VƏ SIFIR”DAN SONRAKI EXTRA TİME - Qulu AĞSƏS YAZIR
        
        31 Oktyabr 2025 14:08
    
    Nigeriyalı yazarın Azərbaycan sevgisi
        
        30 Oktyabr 2025 15:34
    
    

                                Bakı -°C
                            
    
            
            
            
            
            