Əbülfət Mədətoğlu: QAPI
(Öz günümün şeirlərindən)
açılmır gör nə vaxtdı,
döyülməyən bu qapı...
Gəlib- gedəni ilə -
öyünməyən bu qapı...
süzülüb son kəndiri,
tay qalanmır təndiri!..
bax . mən ölü, sən diri -
deyilməyən bu qapı!..
ha israr et, gül, dirən
haqdı gülən. güldürən!
hər kəsə yer bildirən -
böyüməyən bu qapı...
ad doğmadı, yer çətin
qəm bürüyüb yer sətin...
özüdü Əbülfətin -
söyülməyən, bu qapı!..
Digər Xəbərlər
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59
Əbülfət Mədətoğlu: ŞƏHİD ANASININ GÖZLƏRİ
27 Sentyabr 2026 08:00
ŞƏHİDLİKDƏN ZƏFƏRƏ: 27 SENTYABRIN YADDAŞIMIZDAKI YERİ
26 Sentyabr 2026 12:41


Bakı -°C

