adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyul 2020 08:56
19754
MƏMLƏKƏT

Əbülfət MƏDƏTOĞLU: BİR CƏNUB ŞƏHƏRİNDƏ

Adətən dünyanıbürümüş pandemiyadan söhbət düşəndə daha çox böyük şəhərlərin, yəni əhalininictimai nəqliyyatdan, sosial obyektlərdən bəhs edilir, onlardakı vəziyyətoxucu, tamaşaçı diqqətinə çatdırılır. Təbii ki, bu başa düşüləndir. Ən azındanona görə ki, əhalinin sıx olduğu məkanlardaproblemlər həmişə olub və bu gün də var. İllərlə mövcud olan həmin problemlərinbir çoxunun kökündə gigiyena, ekoloji durum, bir də sosial məişət məsələləridayanır. Əgər bir anlıq çevrəmizə diqqət yetirsək, onda görərik ki, bizim hərbirimiz öz həyatımızla, davranışımızla həm özümüz, həm də digərləri üçün nə qədərönəmliyik, nə qədər də problemlər yaradıcısıyıq. Yəni adicə səliqə-səhmanafikir verməmək artıq özü-özlüyündə bir infeksiya mənbəyi yaradır və bir virusdaşıyıcısının varlığını büruzə verir. Bax, bu səbəbdən də əhalinin sıx olduğuünvanlar haqlı olaraq daha diqqət mərkəzində saxlanılır. Amma...

Bəli, bu gün ölkəprezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanındiqqət və tapşırığı artıq milli məsələyəçevrilmiş pandemiyaya qarşı mübarizəyəyönəlib. Yəni ölkə rəhbərliyi hər kəsdən bu məsələdə son dərəcə diqqətliolmağı, öz üzərlərinə düşən vəzifələri bir an belə olsun ləngitmədən icraolunmasını tələb edirlər. Deməli, bu da bir daha göstərir ki, bütün dünyanısilkələyən pandemiya həqiqətən də "olum-ölüm” məsələsinə çevrilib. Buradanqalib çıxmaq üçün qarşıya qoyulan vəzifələri birmənalı şəkildə icra etmək gərəkdir.Bu vəzifə isə ölkə prezidenti cənabİlham Əliyevin dediyi kimi, vətəndaşlarımızın özlərindən və öz ətraflarınamünasibətdən qaynaqlanır. Evdə qalmaq, maskadan istifadə etmək, məsafəsaxlamaq, yəni qaydalara riayət etmək artıq öz təhlükəsizliyinin təminatınabünövrə olur. Bax, bu mənada Azərbaycanın cənub bölgəsində əhalinin sıxyaşadığı Masallıda həyat bu gün öz axarı ilə davam edir. Rayon sakinləri təsərrüfatla,sosial həyatın tələblərilə uyğunlaşmaq və günün problemindən çıxış etməkləMasallıda iqtisadi inkişafı təmin etməyə çalışırlar.

Məlum olduğukimi, kənd təsərrüfatı rayonu olan Masallıda əsasən əkinçilik daha çox inkişafetdirilir. Adamlar tərəvəzçilik, dənli bitkilərin becərilməsi, heyvandarlıq vədigər sahələrlə məşğul olurlar. Belə olduğu halda Masallıda insanların ən çoxehtiyac duyduğu, sakinlərin də dediyikimi, əkin-örüş sahələri, su, işıq, qaz, yolların abadlığı və digər məsələlərdir.Bunu isə araşdırmaq, hər kəsə zəruri olan anda yardım göstərmək, adamlarlaünsiyyət qurmaq, onların güzəranının yaxşılaşdırılması üçün addımlar atmaq,yerli icra strukturlarının və əlaqədar təşkilatların birbaşa vəzifəsidir. Bugün Masallı Rayon İcra Hakimiyyətinə böyük həyat təcrübəsi və dinamik idarəçilikpeşəkarlığı olan Şahin Məmmədov rəhbərlikedir. Azərbaycan Prezidentinin tapşırıqlarının, göstərişlərinin məsuliyyətləvə yüksək səviyyədə yerinə yetirməyi bacaran Şahin Məmmədov Masallıya icrabaşçısı təyin olunduğu gündən adamlarla birbaşa təmasa, hər kəslə iş başındagörüşə, sakinlərlə, pedaqoji kollektivlərlə, onların özlərinə uyğun təmasqurmağa üstünlük veribdi. Ona görə də pandemiyanın tüğyan etdiyi indiki andaMasallıda vətəndaşların icra strukturları, xüsusilə icra hakimiyyəti işçiləriilə əlaqələri daha sıx bir şəkil alıbdı. Bu təmas onlayn formasında ardıcıl şəkildəgerçəkləşdirilir. Ölkə mətbuatından da məlum olduğu kimi, Nazirlər Kabinetiyanında Operativ Qərargahla sıx əlaqədə işləyən Masallı rayon icra hakimiyyətirayonda ciddi karantin rejiminin qorunması, qayda pozuntularının aradanqaldırılması, dezinfeksiya işlərinin görülməsi, maarifləndilmə işlərinin genişləndirlməsiistiqamətində qətiyyətli addımlar atır. Əgər əldə etdiyim rəsmi bilgilərə söykənsək,onda deyə bilərik ki, ötən gün Masallıda pandemiya ilə bağlı böyük işlər gerçəkləşdirilibdi.Yəni ilk öncə Masallı şəhəri ərazisindəki 50-dən artıq zibil konteyneri, 9terminal, 14 bankomat, məşğulluq mərkəzi, mərkəzi poçt, Boradigah qəsəbə sahə xəstəxanası,mərkəzi rayon xəstəxanası, GEM və rayon Dezinfeksiya idarəsinin əməkdaşları tərəfindənvirus əleyhinə xüsusi dərmanlarla dezinfeksiya edilmişdi. Həmçinin rayon icra hakimiyyəti başçısının təşkilatçılığıilə YAP rayon təşkilatının GənclərBirliyinin könüllüləri və DSNF-nın rayon şöbəsinin əməkdaşlarınınbilavasitə iştirakı ilə 65 yaşdan yuxarı olan 170 nəfər tənha, kimsəzi vətəndaşlarabaş çəkilmiş, onlara zəruri olan sosial məişət xidməti, həmçinin ev təsərrüfatıilə bağlı gərəkli olan əsas malların, həmçinin dava-dərmanların alınması işi həyatakeçirilmişdir. Bu istiqamətdə iş demək olar ki, ardıcıl davam etdirilir. Bu dahəm rayon sakinlərinin, həm də həmin şəxslərin özlərinin icra hakimiyyətindən,eləcə də bu işi gerçəkləşdirənlərin razılığına səbəb olmuşdur. Adamlar özləriniriskə ataraq onlara qayğı göstərənlərdən məmnunluqlarını redaksiyamızaünvanladıqları məktublarda da ifadə etmişdilər. Göründüyü kimi, rayon icrahakimiyyəti başçısı Şahin Məmmədovun xüsusi diqqət mərkəzində saxladığı,ehtiyacı olanlara, tənhalara, əlillərə və digər zümrədən olan insanlara qayğı əməlifəaliyyətdə də öz təsdiqini tapmaqdadır. Bu işdə rayonun könüllüləri, həmçininyaradılmış 80 nəfərdən ibarət 20 mobil qrup da artıq Masallı rayonu ərazidindəhər kəs tərəfindən tanınır və sevilir.



Masallırayonunda karantin rejiminin yoxlanılması, insanlara zəruri olan qoruyucumaskaların, tibbi spirtin təmin edilməsi, geniş maarifləndirmə tədbirləriningörülməsi artıq günün vəzifəsinə çevirilib. Demək olar ki, bütün qurumlarbilavasitə rayon icra hakimiyyəti başçısının rəhbərliyi altında əlbir işləməkləbu bəşəri bəlaya qarşı səfərbər olublar. Rayon rəhbəri özü isə bilavasitəardıcıl olaraq virtual qəbullar keçirir. Son virtual qəbul zamanı rayonun Mahmudavar kənd sakinləriCankişi Əliyev telefon və internet problemini, Cavad Əkbərov isə ailədəkisosial durumun ağırlığını Şahin Məmədova çatdırmışdılar. Həmçinin rayonunYeddioymaq kənd sakini Füruzə Məmişova tərəvəz əkmək üçün icarəyə torpaq sahəsi,Güllütəpə kənd sakini Mirzə Ağayev və Qızılavar kənd sakini Şəhrəbanu Bilalovaailə vəziyyətlərinin ağır durumundan şikayətlənmişdilər. Ümumiyyətlə, buvirtual qəbul zamanı rayonun müxtəlif kəndlərindən, eləcə də Masallı şəhərininözündən edilən müraciətləri dinləyən Şahin Məmmədov vətəndaşların müraciətlərinindərhal qeydə alınmasına göstəriş vermişdi. Bu göstərişin ardınca isə icrabaşçısı həmin problemlərin həlli üçün öz səlahiyyətləri çərçivəsində müvafiqgöstərişlər vermiş, qəbulda olanların problemlərinin nəzarətdə saxlanacağınıbildirmişdi.

Bəli, bu günMasallı rayonu da respublikamızın digər bölgələri kimi mövsümü işlərlə yanaşı,pandemiyanın yaratdığı mühitin də qayğılarını yaşayır. Burada hər kəs öz üzərindəölkə prezidentinin diqqətini hiss edir. Təbii ki, bu diqqəti onlara yönəldən,çatdıran rayon rəhbəri və onun komandasıdır. Elə respublikanın baş naziri Əli Əsədovun onlayn müşavirəsinin iştrakçısı olan Masallı Rayon İcra Hakimiyyətininbaşçısı Şahin Məmmədov həmin tədbirdə qaldırdığı məsələlərlə həm yerli sakinlərinəhval-ruhiyyəsini ifadə etmiş, həm də masallıların hər birimizin qarantı olan prezidentimizə inamını dilə gərtirmişdi.Bax, bütün bunlar da onu deməyə əsas verir ki, bu gün Masallıda bütün dünyanınbəlası olan virusla da mübarizə həyati və iqtisadi problemlərin həllində çoxyüksək şəkildə gerçəkləşdirilir. Görülən bütün tədbirlər hamımızın birlikdəqalib gələcəyimizə inamımızı daha da artırır.