adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyun 2020 10:06
14051
GÜNDƏM

Əbülfət MƏDƏTOĞLU: AĞSAQQAL İŞIĞI

Bəri başdandeyim ki, Yasif Nəsirliylə doğmalığımızın, səmimiyyətimizin kökündə hələ dədilini tapıb ipucunu çözə bilmədiyim İlahi bir inanc dayanır. Şəxsən dəfələrləbunu öz-özümə sual kimi ünvanlayıb cavabının üzərində baş sındırmışam. Gəlibçıxdığım nəticə, əslində isə etdiyim təxmin bundan ibarət olub ki, aramızdakızaman kəsiyinə baxmayaraq, bizi doğulduğumuz Qarabağın havası, suyu, dağı,daşı, bir də soykökümüzdəki əzablı-əziyyətli ağır sınaqlardan keçən həyatparametrləri birləşdirir. Yəni Yasif Nəsirli bir yazıçı, bir dövlət adamı, birictimai-siyasi xadim olmaqla yanaşı, həm də nüfuzu kifayət qədər diqqət çəkənbir ağsaqqaldır. Onunla görüşmək, onunla həmsöhbət olmaq...

Bəli, mən həyatyolunu özünün "Zirvə” romanında oxuduğum və oradakı xatirələrin işığındayaddaşıma köçürdüyüm Yasif müəllimin Cəbrayıllı günlərini özümün, rəhmətlikatamın Tuğlu günləriylə bir müstəvi üzərinəgətirdim. Oxşarlıqlar mənim ruhumu silkələdi, kirpiklərimin ucunda "ulduz”parladı... Xoş anlar, üzümdə təbəssüm, acı xatirələr ruhumda sızıltıya çevrildi. Həyat yolununpillələrini, dolanbaclarını olduğu kimi qələmə alan Yasif Nəsirlinin dünyasıgözünün qarşısında açıldı. Mən onun iradəsinə, qətiyyətinə və dözümünə heyranqaldım. Təsəvvür edin ki, kiçik yaşlarından ailənin yükünü çəkmək, necə deyərlər,başaq yığmaqla, odun şələsi daşımaqla ailəyə yardım etmək, onun ayaqdaqalmasına təkan vermək və addım-addım arzuların dalınca getmək... və bütünbunlara rəğmən də sınmamaq istəyinə çatmaq üçün daha əzmkar olmaq hər kəsə nəsibolan iş deyil. Tanrı sınağına dözə-dözə uşaqlığın bütün çətinliklərindənçıxmağı bacarmaq, gəncliyin bütün nüanslarını ömrünə köçürməyi bacarmaq, üstəlikdə gözəl bir ailə başçısı olmaq, dayandığın mövqedə özün olmağı ifadə etmək...bax, bütün bunlar istər Cəbrayılda, istər Bakıda, istər Moskvadakı təhsil illərində,istərsə də dünyanın irili-kiçikli şəhərlərini gəzib-səyahət edəndə - yazıçı,dövlət adamı Yasif Nəsirlinin bir KİŞİ tərcümeyi-halıdır!



Onunla olanisti münasibətlərimizin fonunda mən həmişəbir detala xüsusi diqqət yetirmişəm. Yəni birmənalı şəkildə anlamışam ki, Yasifmüəllim hər kəsin "dilini” bilir. O, adamla münasibətləri elə cilalayır ki, sənona həm son dərəcə yaxın olursan, həm də öz yerində olursan. Bax, bu ölçüvahidi, bu adamlarla münasibətləri idarə etmək qabiliyyəti sanki onda bir Allahvergisidir. İnanın, onun oxuduğum bütün kitablarında da bunu mən bir oxucuolaraq hiss etmişəm. Elə bil ki, Yasif müəllim yazı masasının arxasında oturubyaradıcılıqla məşğul olduğu anda da o, sözü ağsaqqal kimi seçir, sözünü oxucuyaağsaqqal kimi çatdırır. Və yazıçı-oxucu yox, həm də ağsaqqal-həmsöhbət prizmasıgöz önündə canlanır. Bax, münasibətin bu üslubu mənim üçün həqiqətən çox müsbətbir yanaşma kimi formalaşır. Ola bilsin ki, bu fikrim ədəbi tənqidçilərin,Yasif Nəsirli yaradıcılığını araşdıranların xoşuna gəlməsin, yaxud da onlarbunu qəbul etməsinlər. Amma bütün hallarda mən Yasif müəllimin ağsaqqalığını,qayğısını, diqqətini şəxsiyyətində də, sözündə də, yazısında da görürəm.

Bu günlərdəYasif müəllimin aftoqrafla mənə bağışladığı daha bir kitabının oxucusu oldum."Gündoğandan günbatana” adlanan bu kitab müəllifin səyahətlərinin məhsuludur.Düzünü deyim ki, bu üslubda oxuduğum kitablar arasında Nəbi Xəzrinin, QəzənfərPaşayevin, İmran Qasımov və Həsən Seyidbəylinin, Elçinin əsərləri yaddaşımdaxoş xatirə kimi qalmışdı. Yasif müəllimin kitabı da həmin xatirələri təzələdi.Sanki onunla birlikdə günəşin doğduğu ölkəyə - Yaponiyaya, oradan Çinə, Avropaölkələrinə səfər etdim, gəzdim, gördüm,tanıdım. Bu görüşlərdə, bu səfərlərdə Yasif müəllimin prinsipiallığının,Qarabağ gerçəkliyini birmənalı təbliğ etməsinin şahidi oldum. Və...

Bəli, bu birxatirə kitabı olsa da, amma danışan və danışdıran xatirələrin kitabıdır. Çünkionun müəllifi özündə ağsaqqalıq işığını yaşadan Yasif Nəsirlidir. Ona uzunömür, can sağlığı diləyirəm. Həmişə yazıb-yaratsın. Bizim ağsaqqala və ağsaqqalsözünə həmişə ehtiyacımız var.